Uşaqlara dair bir sıra rəqəmlər - Faktlar - Каталог статей - Sari
-














BÖLÜMÜN KATEQORİYALARI
Xəstəliklər [2]
Siqaretçəkmə ilə mübarizə [0]
Sağlam qidalanma [2]
Sağlam həyat tərzi [0]
Profilaktika [1]
Faktlar [2]
Cəmiyyət [1]




HAQQINI QORUMAQ İSTƏYİRSƏN?
  • Azərbaycan Prezidenti

  • Baş Prokurorluq

  • Daxili İşlər Nazirliyi

  • Dövlət yol polisi

  • Əmək və Əhalinin Sosial    Müdafiəsi Nazirliyi

  • Təhsil Nazirliyi

  • Vergilər Nazirliyi

  • Tələbə Qəbulu üzrə Dövlət    Komissiyası

  • Lənkəran Rayon İcra    Hakimiyyəti


  • STATİSTİKA

    Online: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0


    SORĞU
    Saytı bəyənirsiniz?
    Bütün cavablar: 105


    TƏSADÜFİ FOTO






    AXTAR




    TEQLƏR
    copd heykəl binalar qlikemik indeks Park qidalanma heykel qiymə badımcan dolma peyzaj düşbərə qushlar antidepressant piti qar denesi bədən təri fauna lülə kabab kabab qəpik droste Paxlava raffleziya arnoldi yanğın ADSL internet qurban bayramı Sarida ilk qar bayram çərşənbə novruz məzarlıq qəbiristanlıq Sarı prezident Yol qaz Böyürtkən intihar Qar FHN Nar punica Flora asfalt damba ficus bitkilər rhus kombinat


    Cümə, 09.12.2016, 22:21
    Salam Qonaq | RSS
    Əsas səhifə | Qeydiyyat | Giriş




        




    Əsas səhifə » Sağlamlıq » Faktlar

    Uşaqlara dair bir sıra rəqəmlər
    Azərbaycanda uşaqların sayı təxminən 3 milyondur.

    Təxminən 1 milyon qaçqın və məcburi köçkündən 300 000-i uşaqdır.

    Azərbaycanda hər iki saatdan bir 1 uşaq ölür.
    Ölkənin zəngin sərvətləri fonunda səhiyyə sahəsində, xüsusilə yoxsul ailələrdən olan az yaşlı körpələr arasında müşahidə olunan ölüm hallarının geniş yayılması problem olaraq qalır. Bu, sistem ilə bağlı olan bir məsələdir.

    Bir milyon uşağın dörddə bir hissəsi (hər beş uşaqdan ikisi) anemiyadan əziyyət çəkir.
    Uşaqların qidalandırılması ilə bağlı da ciddi problemlər müşahidə olunur və bu, anemiya və qısaboyluluq (yaşa görə boy) hallarının geniş yayılması ilə sübut olunur. Bu faktorların hər ikisi uşaqların əqli inkişafına və xəstəliklərə olan fiziki davamlılığına təsir edir.

    Hər dörd uşaqdan biri qısaboyludur.
    Bu problemi şərtləndirən bir çox səbəblər mövcuddur, lakin həm unun zənginləşdirilməsini təmin etməklə, həm də uşaqların qəbul etdiyi qidanın faydalarını (ana südü ilə qidalandırmadan başlayaraq) artırmaqda valideynlərə (xüsusilə analara) yardımın təmin edilməsi bu problemin həllinə yardım edə bilər.

    Təxminən 10 000 uşaq dövlət müəssisələrində yaşayır.
    Uşaqların müdafiəsi ilə bağlı bir çox məsələlər özünü kəskin şəkildə büruzə verir. İnsanlar müəssisələri kimsəsizlər evi sayırlar, lakin orada yaşayan uşaqların əksəriyyətinin bir və ya hər iki valideyni vardır.

    Azərbaycanda hər il qanun ilə ziddiyyətdə olan təxminən 400 azyaşlı qeydiyyata alınır.
    Təkcə qanun ilə ziddiyyətdə olan uşaqlara deyil (onlara islah olmaqda yardım etməklə), həm də cinayətin qurbanı və/və ya şahidi olmuş uşaqlara da yardım etmək amalı ilə uşaqlar üçün ədliyyə sisteminin təmin edilməsi istiqamətində UNİSEF də Hökumətlə birgə çalışır ki, uşaqlar polis və məhkəmə sistemində müvafiq tərəflər ilə ünsiyyət zamanı daha da dərin travmaya məruz qalmasınlar. Yuvenal ədliyyə haqqında yeni qanun Milli Məclisin növbəti sessiyasında qəbul olunmalıdır.

    Əlli yaşadək qadınların üçdə bir hissəsindən çoxu erkən yaşda ailə qurmuşdur.
    Narahat doğuran sahələrdən biri "erkən nikahlardır”, yəni 18 yaşına çatmamış, bəzi hallarda yalnız 13 və ya 14 yaşında olan qız uşağının nikah qurmasıdır. Bu, həm uşağın özü (onun sağlamlığı, sosial həyatı), həm də onun dünyaya gətirəcəyi uşaqlar (bu yaş qrupunda uşağın düşməsi və doğulan uşağın ölməsi ehtimalı daha yüksəkdir) üçün çox təhlükəlidir.

    Hal-hazırda əlilliyi olan uşaqların yalnız ¼ hissəsi təhsil alır. 
    2009-2010-cu tədris ilində 7 750 uşaq ev təhsili almış, 156-sı ümumi məktəblərdə, 5925 isə xüsusi məktəblərdə təhsil almışdır.

    Əsas məsələlərdən biri əlilliyi olan uşaqların üzləşdikləri problemlərdir. Onların üzləşdiyi damğalanma hallarının (kifayət qədər geniş yayılmıdşır) qarşısını almaq, onların məktəb təhsilinə cəlb olunmasını gücləndirmək və əlilliyə səbəb olacaq vəziyyətlərin erkən aşkarlanması və erkən profilaktikasını təkmilləşdirmək səhiyyə sisteminin əsas işlərindən biridir.

    Hər 5 uşaqdan 4-ü ali təhsil müəssisələrinə qəbul imtahanlarında 300-dən aşağı bal toplayır (maksimum bal-700).

    Təhsil sahəsində  müəllimlərin təlimləndirilməsi, yeni kurrikulum,  "məktəb uşağın dostu” konsepsiyası tətbiq olunub. Əlbəttə ki, görüləsi bir çox işlər vardır (təhsil sisteminin sürətlə dəyişdirilməsi mümkünsüzdür), lakin işlər müsbətə doğru irəliləyir.

    Gənclərin HİV üzrə məlumatlılığı və sağlam həyat tərzi/yaşam bacarıqları zəifdir, 
    və bunun nəticəsində də riskli davranış meylləri geniş yayılmışdır. Bu səbəbdən də biz onları özlərini müdafiə etmək üçün ehtiyacları olduqları biliklər və (uzun müddətli perspektivdə) gedə biləcəkləri, fikirlərini ifadə edə biləcəkləri, konstruktiv qaydada hərəkət edə biləcəkləri məkanlar və yeniyetmələrin enerjisini faydalı işlərə yönəldən kanallar ilə təmin edirik. HİV infeksiyasına yoluxma halları əsasən vena daxili narkotik vasitə istifadəçiləri arasında yayılmışdır və son zamanlar aparılmış tədqiqat nəticəsində məlum olmuşdur ki, narkotik vasitə istifadəçilərinin 96%-i təhlükəsiz cinsi əlaqə təcrübəsindən istifadə etmir, 46%-i isə eyni şpris və iynələrdən istifadə edirlər. Bir çox digər ölkələrdə bu problemin nəzarət altına alınmasına baxmayaraq, Azərbaycanda bu halın epidemiya halına keçəcəyi təhlükəsi vardır.

     
    Müxtəlif rəy və ideyaları dinləmək üçün daha açıq olanlar və gələcəyin yanaşmalarını dəyişə bilənlər gənclərdir.





    Kateqoriya: Faktlar | Əlavə etdi: Sarili (02.02.2013)
    Baxılıb: 293 | Reytinq: 0.0/0
    Bütün kommentariyalar: 0
    Ancaq qeydiyyatdan keçənlər kommentariya əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    SARA-AZ.UCOZ.COM

    © 2012 - 2016. Bütün hüquqlar qorunur..

    Materialların hər hansı bir istifadəsinə
    yalnız sayta istinadən yol verilir.

    Saytın dizaynı - Designers GROUP


             



    Sayt haqqında

    Sayt haqqında informasiya

    Bizə yaz

    Mobil versiya

    На русском