-














BÖLÜMÜN KATEQORİYALARI
Xəstəliklər [2]
Siqaretçəkmə ilə mübarizə [0]
Sağlam qidalanma [2]
Sağlam həyat tərzi [0]
Profilaktika [1]
Faktlar [2]
Cəmiyyət [1]




HAQQINI QORUMAQ İSTƏYİRSƏN?
  • Azərbaycan Prezidenti

  • Baş Prokurorluq

  • Daxili İşlər Nazirliyi

  • Dövlət yol polisi

  • Əmək və Əhalinin Sosial    Müdafiəsi Nazirliyi

  • Təhsil Nazirliyi

  • Vergilər Nazirliyi

  • Tələbə Qəbulu üzrə Dövlət    Komissiyası

  • Lənkəran Rayon İcra    Hakimiyyəti


  • STATİSTİKA

    Online: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0


    SORĞU
    Saytı bəyənirsiniz?
    Bütün cavablar: 108


    TƏSADÜFİ FOTO






    AXTAR




    TEQLƏR
    copd heykəl binalar qlikemik indeks Park qidalanma heykel qiymə badımcan dolma peyzaj düşbərə qushlar antidepressant piti qar denesi bədən təri fauna lülə kabab kabab qəpik droste Paxlava raffleziya arnoldi yanğın ADSL internet qurban bayramı Sarida ilk qar bayram çərşənbə novruz məzarlıq qəbiristanlıq Sarı prezident Yol qaz Böyürtkən intihar Qar FHN Nar punica Flora asfalt damba ficus bitkilər rhus kombinat


    Cümə axşamı, 28.03.2024, 11:52
    Salam Qonaq | RSS
    Əsas səhifə | Qeydiyyat | Giriş




        




    Əsas səhifə » Sağlamlıq » Sağlam qidalanma

    Qidalanma
    Ana və uşaqların qidalanması ölkə əhalisinin rifahını yaxşılaşdırmaqla önəmli sahədır. Uzun dövr ərzində anemiya bir çox qadınların və onların yeni doğulmuş körpələrinin məruz qaldığı xəstəlik olmuşdur.
         
    Mütəxəssislər tərəfindən müəyyən edilmişdir ki, hər üç reproduktiv yaşda olan Azərbaycan qadınından ikisi anemiyadan əziyyət çəkir və səhiyyə peşəkarları bu vəziyyəti "acınacaqlı” kimi təsvir edir.’ Bəzi yerli səhiyyə işçiləri bu vəziyyətə o qədər öyrəşiblər ki, hamilə qadın anemiyadan əziyyət çəkmədikdə, bu onları təəccübləndirir.
         
    Bir çox hallarda səhiyyə işçiləri bu vəziyyətin ciddiliyini və bu vəziyyətin ananın həyatına təhlükə törətdiyini və uşağın əqli inkişafına mənfi təsir göstərə biləcəyini lazımınca dərk etmirlər.
         
    Bu, ölkə miqyaslı səhiyyə problemidir, lakin düzgün siyasi idarəçilik və iradə sayəsində bu problemin həll edilməsi mümkündür. Problemin kökündə duran səbəb qeyri-adekvat qidalanmadır. Bir çox qadının ətdən istifadə etmək imkanı yoxdur və onlar ümumilikdə qeyri-adekvat qaydada qidalanır. Onlar böyük həcmdə çörək və qızardılmış qida məhsullarından istifadə edir və dəmir ilə zəngin qida məhsullarını istifadə etmirlər. Bundan başqa, xörəkdən öncə və xörək yeyilən zaman böyük həcmdə çayin içilməsi anemiyanın digər səbəblərindən biridir, çünki çayın tərkibindəki tannin orqanizmdə dəmirin absorbsiyasına mane olur.

    UNICEF tərəfindən qadınları vitamin və dəmiri qəbul etməyə həvəsləndirən və bunu etməyin faydalarını izah edən təşviqat kampaniyaları və proqramları müəyyən edilmişdir. Bundan başqa, qida emalçılarını unu dəmir (və digər mikroelementlər) ilə zənginləşdirməyə məcbur edən qanunlar hökumət strukturları ilə birgə hazırlanır. Bu, belə bir ciddi problemin nisbətən sadə və az məsrəfli, lakin böyük müsbət təsirə malik olan bir həll yoludur.

    Ana südü ilə qidalandırmanın aşağı göstəriciləri Azərbaycanda səhiyyə ilə bağlı digər ciddi problemdir və  ana südü ilə qidalandırmanın sağlam həyat tərzinin bir hissəsi kimi təşviq edilməsi amalı ilə UNICEF hökumət qurumları ilə sıx qaydada əməkdaşlıq edir. Hal-hazırda, yeni körpə dünyaya gətirmiş anaların 12%-i körpəsinə heç bir əlavə maye vermədən onu ana südü ilə qidalandırır. Bu narahatedici statistik rəqəm körpə ölümünə, eləcə də azyaşlı uşaqların qisaboylu olmasına və uşaqlıq dövrünə xas bir sıra xəstəliklərin yaranmasına önəmli dərəcədə töhfə verən amildir.

    Rəsmi statistik göstəricilərə əsasən, 78 səhiyyə məntəqəsindən 63-ü UNICEF tərəfindən "uşaq üçün yararlı” kimi təsdiq edilmişdir. Bu isə o deməkdir ki, onlar digər təşəbbüslər ilə yanaşı ana südü ilə qidalandırmaya dair yeni qaydaları tətbiq etməlidir. Lakin, tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bir çox analar körpələrini doğumdan sonrakı ilk bir neçə saat ərzində ana südü ilə qidalandırmır, bu isə icra səviyyəsində problemin olduğunu aydın şəkildə nümayiş etdirir.

    2000-ci ildən etibarən UNICEF Azərbaycanda yod istehlakının artırılmasını müvəffəqiyyətlə dəstəkləyir, çünki böyüyən uşaq üçün yodun aşağı həcmdə qəbul edilməsi onun əqli inkişafına böyük mənfi təsir göstərir. Ana bətnində mayalanma dövründən başlayaraq yodun qəbulu körpənin fiziki və əqli inkişafı üçün  böyük önəm kəsb edir. Hökumət ilə əməkdaşlıqda UNICEF duzun icbari qaydada yodlaşdırılmasını nəzərdə tutan qanunların tətbiq edilməsinə və yodun emal edilməsinə yardım etmişdir. UNICEF-in səyləri nəticəsində ana və uşaq sağlamlığının və rifahının yaxşılaşdırılmasında önəmli irəliləyişlər əldə edilmişdir. 





    Kateqoriya: Sağlam qidalanma | Əlavə etdi: Sarili (02.02.2013)
    Baxılıb: 1012 | Teqlər: qidalanma | Reytinq: 0.0/0
    Bütün kommentariyalar: 0
    Ancaq qeydiyyatdan keçənlər kommentariya əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    SARA-AZ.UCOZ.COM

    © 2012 - 2024. Bütün hüquqlar qorunur..

    Materialların hər hansı bir istifadəsinə
    yalnız sayta istinadən yol verilir.

    Saytın dizaynı - Designers GROUP


             



    Sayt haqqında

    Sayt haqqında informasiya

    Bizə yaz

    Mobil versiya

    На русском