Qlikemik indeks - Sağlam qidalanma - Каталог статей - Sari
-














BÖLÜMÜN KATEQORİYALARI
Xəstəliklər [2]
Siqaretçəkmə ilə mübarizə [0]
Sağlam qidalanma [2]
Sağlam həyat tərzi [0]
Profilaktika [1]
Faktlar [2]
Cəmiyyət [1]




HAQQINI QORUMAQ İSTƏYİRSƏN?
  • Azərbaycan Prezidenti

  • Baş Prokurorluq

  • Daxili İşlər Nazirliyi

  • Dövlət yol polisi

  • Əmək və Əhalinin Sosial    Müdafiəsi Nazirliyi

  • Təhsil Nazirliyi

  • Vergilər Nazirliyi

  • Tələbə Qəbulu üzrə Dövlət    Komissiyası

  • Lənkəran Rayon İcra    Hakimiyyəti


  • STATİSTİKA

    Online: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0


    SORĞU
    Saytı bəyənirsiniz?
    Bütün cavablar: 105


    TƏSADÜFİ FOTO






    AXTAR




    TEQLƏR
    copd heykəl binalar qlikemik indeks Park qidalanma heykel qiymə badımcan dolma peyzaj düşbərə qushlar antidepressant piti qar denesi bədən təri fauna lülə kabab kabab qəpik droste Paxlava raffleziya arnoldi yanğın ADSL internet qurban bayramı Sarida ilk qar bayram çərşənbə novruz məzarlıq qəbiristanlıq Sarı prezident Yol qaz Böyürtkən intihar Qar FHN Nar punica Flora asfalt damba ficus bitkilər rhus kombinat


    Çərşənbə axşamı, 06.12.2016, 22:52
    Salam Qonaq | RSS
    Əsas səhifə | Qeydiyyat | Giriş




        




    Əsas səhifə » Sağlamlıq » Sağlam qidalanma

    Qlikemik indeks
    Qlikemik İndeks (Qİ) - ərzaq məhsullarının qandakı şəkərin səviyyəsinə olan təsirini ölçmə sistemidir. Kavram Toronto Universitetində hansı yeməklərin diabetlər üçün daha uyğun olduğunu araşdıran Dr. David J.Jenkins və məsləkdaşlarının 1980-1981-ci illərindəki çalışmaları nəticəsində ortaya çıxmışdır.

    Karbon, oksigen və hidrogendən ibarət olan və bədənə, əsasən də mərkəzi sinir sisteminə enerji verən karbohidratlar bəyaz şəkər misalında sadə, kartofda olduğu kimi kompleks karbohidratlar olaraq iki yerə ayrılır.

    Qlikemik indeks, orqanizmin ərzağa olan reaksiyasının orqanizmin qlyukozaya olan reaksiyası ilə müqaisəsini göstərən indeksdir. Qlyukozanın qlikemik indeksi 100-ə bərabərdir. Qİ bütün ərzaq məhsullarında onların orqanizm tərəfindən mənimsənilməsindən asılı olaraq 0-dan 100-ə qədər ölçülür. Ərzağa aşağı Qİ verildikdə bu o deməkdir ki, ərzaq həzm edildikdə qanda şəkər çox gec qalxır. Və əksinə, Qİ yuxarı olduqca karbohidratlar daha tez həzm olunacaq və qanda şəkər daha sürətlə qalxacaq.

    Əksər adamlar üçün Qİ aşağı olan ərzaqlar (kompleks karbohidratlar) daha xeyirlidir. Yeməyin gec mənimsənilməsi, qanda şəkərin yavaş qalxıb düşməsi orqanizmi uzun müddət enerji ilə təmin edir, diabetli xəstələrə şəkərə nəzarət etməyə imkan verir. Sağlam, çəkisi artıq adamlara isə arıqlamağa yol verir. Rasionumuzda Qİ aşağı olan ərzaqlardan istifadə etməklə artıq kilolardan qurtula bilərik.

    Biz Qİ-i yüksək olan ərzağı - sadə karbohidratı yedikdə onlar çox tez həzm olunur. Orqanizmdəki fermentlər şəkəri və nişastanı qlukozaya çevirir. Orqanizmə lazım olanı enerjiyə çevrilir, qalan çoxu isə bədəndə piy şəklində depolanır. Bu da artıq kiloların yığılması deməkdir. 

    Aşağıdakı cədvəldə ərzaqların qlikemik indeksləri verilmişdir. Cədvəldə göstərilməyən ət, balıq, kəsmik adətən aşağı Qİ-yə sahibdir.
    Şərti olaraq bütün ərzaqlar üç qpupa bölünür: aşağı Qİ - 50-yə qədər, orta - 50-70, yüksək - 70-dən yuxarı.

    Qidalanma prinsipi: yemək qəbulu gün ərzində 5-6 dəfə olmalıdır - üç əsas (nahar, günorta, şam), iki-üç isə əlavə. Sonuncu yeməyi yatmazdan 2-3 saat əvvəl qəbul etmək daha yaxşıdır. Yüksək Qİ olan ərzaqların məhdudiyəti yeganə şərt deyil, eləcə də çox yağlı və piyli yeməklərdən çəkinmək lazımdır. Rasionda yağların miqdarı 20% ətrafında olmalıdır. 

    Əyər məqsəd diabet müalicəsi deyil arıqlamaqdırsa, onda birinci dövrdə yuxarı Qİ-i olan ərzaqlardan tamamən çəkinmək lazımdır. Ən yaxşı variant Qİ 50-dən aşağı olan ərzaqlardan istifadə etməkdir. Bu diyetin birinci fazasıdır. Şokolad, qoz, qaraciyər, qızardılmış kartof bu stadiyada qadağan olunur.  Birinci stadiya çəkiniz istədiyiniz kiloya çatana qədər davam edir. Bu diyetin qaydalarına görə yeməyin həcminə məhdudiyyət qoyulmur, amma arıqlamaq üçün yeməyin porsiyaları böyük olmamalıdır. Əyər əvvəl çəki azalır, sonra isə arıqlama dayanırsa, o zaman yeməyi daha da azaltmaq lazım deyil. Bu zaman diyetin ikinci fazasına - əldə olunmuş nəticələri möhkəmləndirməyə keçmək lazımdır. 

    Bir neçə aydan sonra, nə qədər ki, bədənin çəkisi eyni səviyyədə qalıb, daha da arıqlamaq istəsəniz, o zaman yenidən birinci fazaya qayıtmaq lazımdır.
    Beləliklə, ikinci faza - nəticələri möhkəmləndirmə və orqanizmi formada saxlamaqdır. Qİ 50-dən yuxarı ərzaqları yeməyə icazə verilir, amma şəkər, bal, nişastalı məhsullardan (kartof, qarğıdalı, qisa düyü) çəkinmək lazımdır. 

    ƏRZAĞIN  ADI
    Şüyüd
    15
    Kələm
    10
    Sarımsaq
    30
    Mərci qaynadılmış
    25
    Lobya qaynadılmış
    40
    Balqabaq
    75
    Zeytun
    15
    Kartof qaynadılmış
    65
    Kartof püre
    90
    Kartof fri
    95
    Kartof qızardılmış
    95
    Qarğıdalı qaynadılmış
    70
    Limon
    20
    Alma
    30
    Nar
    35
    Nektarin
    35
    Kivi
    50
    Xurma
    146
    Yemiş
    60
    Banan
    60
    Üzüm
    60
    Kişmiş
    65
    Qarpız
    72
    Korolek
    55
    Kəpək
    15
    Çörək (əla növ un)
    80
    Çörək ağ (baton)
    136
    Makaron əla növ
    85
    Makaron (bərk buğda unu)
    50
    Düşbərə
    60
    Müsli
    80
    Düyü sıyığı südlü
    70
    Düyü sıyıği suda
    80
    Pizza pendirli
    60
    Dondurma
    50
    Fruktoza
    20
    Pop-korn
    85
    Şirin qazlı sular
    70
    Kəsmik
    30
    Şərbətlər
    100-115
    Düyü basmati
    50
    Düyü qəhvəyi basmati
    45
    Düyü qısa
    90
    Düyü unu
    95
    Paxla
    35-40







    Kateqoriya: Sağlam qidalanma | Əlavə etdi: Sarili (02.02.2013)
    Baxılıb: 628 | Teqlər: qlikemik indeks | Reytinq: 0.0/0
    Bütün kommentariyalar: 0
    Ancaq qeydiyyatdan keçənlər kommentariya əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    SARA-AZ.UCOZ.COM

    © 2012 - 2016. Bütün hüquqlar qorunur..

    Materialların hər hansı bir istifadəsinə
    yalnız sayta istinadən yol verilir.

    Saytın dizaynı - Designers GROUP


             



    Sayt haqqında

    Sayt haqqında informasiya

    Bizə yaz

    Mobil versiya

    На русском