Neo-natal qayğı - Profilaktika - Каталог статей - Sari
-














BÖLÜMÜN KATEQORİYALARI
Xəstəliklər [2]
Siqaretçəkmə ilə mübarizə [0]
Sağlam qidalanma [2]
Sağlam həyat tərzi [0]
Profilaktika [1]
Faktlar [2]
Cəmiyyət [1]




HAQQINI QORUMAQ İSTƏYİRSƏN?
  • Azərbaycan Prezidenti

  • Baş Prokurorluq

  • Daxili İşlər Nazirliyi

  • Dövlət yol polisi

  • Əmək və Əhalinin Sosial    Müdafiəsi Nazirliyi

  • Təhsil Nazirliyi

  • Vergilər Nazirliyi

  • Tələbə Qəbulu üzrə Dövlət    Komissiyası

  • Lənkəran Rayon İcra    Hakimiyyəti


  • STATİSTİKA

    Online: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0


    SORĞU
    Saytı bəyənirsiniz?
    Bütün cavablar: 105


    TƏSADÜFİ FOTO






    AXTAR




    TEQLƏR
    copd heykəl binalar qlikemik indeks Park qidalanma heykel qiymə badımcan dolma peyzaj düşbərə qushlar antidepressant piti qar denesi bədən təri fauna lülə kabab kabab qəpik droste Paxlava raffleziya arnoldi yanğın ADSL internet qurban bayramı Sarida ilk qar bayram çərşənbə novruz məzarlıq qəbiristanlıq Sarı prezident Yol qaz Böyürtkən intihar Qar FHN Nar punica Flora asfalt damba ficus bitkilər rhus kombinat


    Çərşənbə axşamı, 06.12.2016, 22:50
    Salam Qonaq | RSS
    Əsas səhifə | Qeydiyyat | Giriş




        




    Əsas səhifə » Sağlamlıq » Profilaktika

    Neo-natal qayğı
    Körpələrin (xüsusilə vaxtından əvvəl doğulmuş körpələrin) doğulduqdan sonrakı bir neçə saat ərzində sağ qalması ilə bağlı çətinliklər hədsizdir, lakin vaxtında əlaqələndirilmiş səylər effektiv ola bilər. Son on ilin birinci yarısında ana ölümü göstəriciləri əhəmiyyətli dərəcədə artmışdır. Lakin, peşəkarların müvafiq qaydada maarifləndirilməsi və təlimləndirilməsi sayəsində bu göstəricilər azalmağa başlamışdır. Ümumilikdə, uşaq ölümü göstəricisi Sovet dövründə müşahidə olunan göstərici ilə müqayisədə aşağıdır, lakin ümumilikdə yenə də yüksək olaraq qalır. Hətta kiçik həcmli sərmayə yatırımları böyük nəticələrin əldə edilməsinə xidmət edə bilər.

    Bu gün bu, Azərbaycanda ən ciddi məsələlərdən biri olaraq qalır və qeyri-adekvat səhiyyə xidmətləri və sosial xidmətlər üzündən hər iki saatdan bir 1 körpə vəfat edir. Neo-natal dövr ərzində baş verən ölüm halları (həyatın ilk ayında baş verən ölüm) ölkədəki beş yaşınadək uşaq ölümünün 80 faizini təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, dünya üzrə bu göstərici 40 faiz təşkil edir.

    Azərbaycandakı belə bir təhlükəli vəziyyətin səbəbi qismən peşəkar tibb işçilərinin az olmasıdır. Uşağın doğumuna aid standartların və bacarıqların təkmilləşdirilməsi əsas önəm kəsb edir və UNICEF-in dəstəyi ilə həyata keçirilmiş təlim bu məqsədə nail olmağa yardım edir.

    UNICEF Sovet dövründən miras qalmış səhiyyə işçilərinin cəzalandırılması vasitəsilə deyil problemlərin həll edilməsi (problem yarandıqda nəzarət edən və nəzarət olunan ən münasib seçim yolunu birgə müəyyən edir) vasitəsilə onların idarə olunmasını nəzərdə tutan "dəstəkləyici nəzarət” adlanan konsepsiyanı tətbiq etmək üçün Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edir.

    Məlumatların və statistik rəqəmlərin toplanılması digər böyük önəm kəsb edən vəzifədir. Azərbaycanda diri doğum meyarının Sovet dövründə müəyyən edilmiş tərifi istifadə edilir, belə ki, bu tərifə əsasən çəkisi 1000 qramdan aşağı və ya yaşı 28 həftədən aşağı olan diri doğulmuş körpə diri doğulmuş hesab edilmir (7 gündən sonra onların sağ qaldığı hal istisna olmaqla). Lakin 2007-ci ildən etibarən UNICEF belə həssas qruplardan olan körpələrə yardim etmək üçün beynəlxalq diri doğum meyarına keçid prosesini təmin etmək məqsədilə özündə avadanlığın alınmasına və əlverişli təcrübələrin mənimsənilməsinə böyük həcmli sərmayələrin yatırılmasını nəzərdə tutan fəaliyyətləri hökumət ilə birgə həyata keçirir.

    Bakı Ginekologiya və Mamaçalıq İnstitutu və institutun doğum şöbəsi UNICEF-in yardımı ilə dəstəklənən müsbət dəyişikliklərin bariz nümunəsidir. Burada müasir metod və standartlar tətbiq edilir və doğum şöbəsi qısa bir zamanda keyfiyyətli xidmətləri təmin edən, peşəkar və münasib qaydada təlimləndirilmiş həkimlərə malik olan şöbə kimi tanınmışdır. Maliyyə durumu müxtəlif olan qadınlar təhlükəsiz və qayğıkeş mühitdə uşağı dünyaya gətirməyi buradakı işçilərə etibar edə bilərlər.





    Kateqoriya: Profilaktika | Əlavə etdi: Sarili (02.02.2013)
    Baxılıb: 231 | Reytinq: 0.0/0
    Bütün kommentariyalar: 0
    Ancaq qeydiyyatdan keçənlər kommentariya əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    SARA-AZ.UCOZ.COM

    © 2012 - 2016. Bütün hüquqlar qorunur..

    Materialların hər hansı bir istifadəsinə
    yalnız sayta istinadən yol verilir.

    Saytın dizaynı - Designers GROUP


             



    Sayt haqqında

    Sayt haqqında informasiya

    Bizə yaz

    Mobil versiya

    На русском