-


















HAQQINI QORUMAQ İSTƏYİRSƏN?
  • Azərbaycan Prezidenti

  • Baş Prokurorluq

  • Daxili İşlər Nazirliyi

  • Dövlət yol polisi

  • Əmək və Əhalinin Sosial    Müdafiəsi Nazirliyi

  • Təhsil Nazirliyi

  • Vergilər Nazirliyi

  • Tələbə Qəbulu üzrə Dövlət    Komissiyası

  • Lənkəran Rayon İcra    Hakimiyyəti


  • STATİSTİKA

    Online: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0


    SORĞU
    Saytı bəyənirsiniz?
    Bütün cavablar: 108


    TƏSADÜFİ FOTO




    TƏQVİM
    «  Mart 2024  »
    BeÇaÇşCaCmŞnBa
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031


    AXTAR


    MƏQALƏLƏRİN ARXİVİ


    TEQLƏR
    copd heykəl binalar qlikemik indeks Park qidalanma heykel qiymə badımcan dolma peyzaj düşbərə qushlar antidepressant piti qar denesi bədən təri fauna lülə kabab kabab qəpik droste Paxlava raffleziya arnoldi yanğın ADSL internet qurban bayramı Sarida ilk qar bayram çərşənbə novruz məzarlıq qəbiristanlıq Sarı prezident Yol qaz Böyürtkən intihar Qar FHN Nar punica Flora asfalt damba ficus bitkilər rhus kombinat


    Çərşənbə axşamı, 19.03.2024, 10:02
    Salam Qonaq | RSS
    Əsas səhifə | Qeydiyyat | Giriş




        




    Nərimanabad - 1  Lənkəran rayonunun  şəhər tipli qəsəbəsidir. Xəzər dənizinin qərb sahilindəki Sara yarımadasında yerləşir. Liman şəhərinin 4 km-liyindədir.

    Sara yarımadasında indiyə kimi qorunub saxlanılan qəbirüstü daşlar hələ XVII-ci əsrdə burada rus hərbiçilərinin olduqlarını, Rusiya İmperiyasının cənub sərhədlərinin  farsların hücumlarından qorunmasında Sara yarimadasının strateji əhəmiyyətli bir məntəqə olduğunu göstərir.

    II Dünya Müharibəsi zamanı ətraf kəndlərdə aclıqdan əziyyət çəkənlərin köçərək Sara yarımadasına gəlmələri burada qəsəbənin yaranmasına və sürətlə inkişafına gətirib çıxartdı. Qəsəbədəki Nərimanov adına balıq kombinatı əhalinin əksəriyyətinin çalışdığı yer idi. Kombinatın məhsulları SSRİ-nin bir çox vilayətlərinə göndərilirdi. Qəsəbənin ilkin çağlarında əhalinin çoxunu ruslar təşkil edirdi. Qəsəbə sakinlərinin bir-neçə  millətlərdən və müxtəlif kəndlərin yenilik arzulayan nümayəndələrindən ibarət olması qəsəbədə özünəməxsus mədəniyyətin meydana çıxmasına səbəb oldu. Qəsəbədə orta məktəb, uşaq bağçası, xəstəxana, doğum evi, mədəniyyət evi, iki kinozal, park və başqa istirahət guşələri yaradılmişdı. XX-ci əsrin 70-80 cı illərində reqionun demək olar ki, ən qabaqcıl yaşayış məntəqələrindən biri idi.

    Balıq kombinatından başqa, üzümçülük sovxozu, toyuq ferması, gül bağı və daha bir-neçə müəssisələr fəaliyyət göstərirdi. Amma təəsüf ki, bütün bunlar keçmiş zamana aiddir, və bunlar qəsəbə sakinlərinin yaddaşında keçmiş xoş günlər kimi qalıb. Hal-hazırda qəsəbədə  bir iş yeri - kivi bağı var ki, orada da 2-3 nefer adam işləyir. Qəsəbəmiz Qızılağac qoruğu ilə həmsərhəd olduğu üçün zəngin faunaya malikdir. İndi əhalinin bir qismi balıqçılıqla, tüfəngi olanlar da payız-qış vaxtı ovçuluqla dolanırlar.

    Sarının kordinatları :  38°51′56″N 48°50′40″E 
    Sarıda 4900-ə yaxın əhali yaşayır. Kişi və qadınların nisbəti təqribən birə-birdir.
    Qəsəbəmizin xaricdə yaşayan nümayəndələri arasında professor, hərbiçi zabit, polis zabiti, biznesmen, gəmi kapitanları var. Gəmiçilərimizin çoxu Bakının, Türkiyənin və Ərəbistanın gəmiçiliklərində içləyirlər. Xaricdə olan sarılıların əksəriyyəti Rusiyada yaşayırlar. Ukrayna, Almaniya, Polşa, Belarusiya, Türkiyə və başqa ölkələrdə yaşayanlar da var. İndiki bütün çətinliklərə baxmayaraq, qəsəbənin gənc sakinləri, onlardan öncəki nəsillərin yaraddığı ənənəni davam etdirir, hər il ölkənin müxtəlif ali məktəblərinə qəbul olurlar. Qəsəbədə 750 ali təhsilli sakin var. Bunlar həm Azərbaycanin, həm də SSRİ-nin müxtəlif ali məktəblərini bitirənlərdir.

    Nərimanabad qəsəbə ərazi vahidinin başçısı Ağayev Ağamirzə Rza oğludur.






      

    SARA-AZ.UCOZ.COM

    © 2012 - 2024. Bütün hüquqlar qorunur..

    Materialların hər hansı bir istifadəsinə
    yalnız sayta istinadən yol verilir.

    Saytın dizaynı - Designers GROUP


             



    Sayt haqqında

    Sayt haqqında informasiya

    Bizə yaz

    Mobil versiya

    На русском