-


















HAQQINI QORUMAQ İSTƏYİRSƏN?
  • Azərbaycan Prezidenti

  • Baş Prokurorluq

  • Daxili İşlər Nazirliyi

  • Dövlət yol polisi

  • Əmək və Əhalinin Sosial    Müdafiəsi Nazirliyi

  • Təhsil Nazirliyi

  • Vergilər Nazirliyi

  • Tələbə Qəbulu üzrə Dövlət    Komissiyası

  • Lənkəran Rayon İcra    Hakimiyyəti


  • STATİSTİKA

    Online: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0


    SORĞU
    Saytı bəyənirsiniz?
    Bütün cavablar: 108


    TƏSADÜFİ FOTO




    TƏQVİM
    «  Dekabr 2024  »
    BeÇaÇşCaCmŞnBa
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031


    AXTAR


    MƏQALƏLƏRİN ARXİVİ


    TEQLƏR
    copd heykəl binalar qlikemik indeks Park qidalanma heykel qiymə badımcan dolma peyzaj düşbərə qushlar antidepressant piti qar denesi bədən təri fauna lülə kabab kabab qəpik droste Paxlava raffleziya arnoldi yanğın ADSL internet qurban bayramı Sarida ilk qar bayram çərşənbə novruz məzarlıq qəbiristanlıq Sarı prezident Yol qaz Böyürtkən intihar Qar FHN Nar punica Flora asfalt damba ficus bitkilər rhus kombinat


    Şənbə, 21.12.2024, 19:39
    Salam Qonaq | RSS
    Əsas səhifə | Qeydiyyat | Giriş




        






    Yumor  >  Anekdot





    Bir gün komandiri çağırıb deyirlər ki, əsgərə onun atasının öldüyünü uyğun bir dillə 
    başa sal. Komandir gəlir əsgərləri düzür sıraya, deyir: 
    -Anası sağ olanlar bir addım irəli. 
    Hamı bir addım irəli çıxır. Sonra deyir:
    -Atası sağ olanlar bir addım irəli.
    Yenə hamı bir addım qabağa çıxır. Komandir atası ölənə:
    -Sən özüvü hara soxursan.





    Sovet dövründə bir azərbaycanlı olur, rusiyaya hərbi xidmətə gedir, desantnik kimi.
    Bir gün deyirlər ki, bəs uçuş var, paraşütlə tullanış olacaq. Azərbaycanlıya başa 
    salırlar ki, təyyarədən tullananda ipi çəkərsən paraşüt açılacaq, əgər bu işləməsə, 
    onda bu birisi zadı çəkərsən paraşüt açılacaq, yox əgər bunda da paraşüt açılmadı 
    onda Məryəm ananı köməyə çağırarsan. Nəsə, bu minvalla tullanışa hazırlıq başlayır, 
    təyyarənin qapısını açırlar hamı bir-bir tullanır, azərbaycanlı da sonuncu. 
    Qapını bağlayırlar, biraz keçir görürlər qapı döyülür. Tez-tələsik qapını açıb 
    görürlər azərbaycanlı. Deyirlər:
     -Nə oldu? 
    Azərbaycanlı da deyir: 
     -Bağışlayın, xanımın adı necə oldu?





    İki qonşu olur, biri dindar kasıb və o biri qoyun sürüləri olan varlı.
    Kasıb bu varlının beynini xarab eləyib axırı dinə-imana gətirir. 
    Bir gün varlıya deyir gedek məşhədə...
    Nə isə, gedirlər məşhədə, qayıdanda varlı görür 200 qoyunu qırılıb. 
    Varlı kasıba tərs-tərs baxır. Kasıb deyir: 
      -Narahat olma, allah əvəzini 3 qat verecek. 
    Biraz keçir, kasıb direnir ki, gedək kərbalanı ziyaret edek. 
    Bu defe gedib qayıdanda varlı görür 600 qoyunu qırılıb. Kasıb tez dllenir ki,
    allah səni sinayir, narahat olma əvəzini verecek. 
    Bir xeyli sonra kasıb deyir gedək həccə, dartıb aparır varlını həccə. 
    Yenə qayidanda varlı gorur ki, sürü hamısı qırılıb tək bir keçi qalıb. 
    Kişı çökür aşağı, kasıba deyir ağzını açma, dur bas bayıra burdan, gözüm seni görməsin. 
    Bu vaxt keçi gəlir başlayır buynuzunu varlıya sürtməyə. Kişi qayıdır deyir ki:
     -Keçi, beynimi xarab eləmə, durub iki rukət namaz qılaram tikə-tikə olarsan. 





    Oğlanla qız gəzirler və gecə oğlan qızı gətirir evə.. 
    Qapının ağzında əlini dayayır divara, qıza deyir seni öpecem.
    Qız: 
    -Yooooox, evdəkiler görər.
    Oğlan: 
    -Bir defə öpüm də...
    Qız:
    -Yox olmaz, qorxuram görərlər..
    Atası qızın bacısını yollayır çöləki:
    -Get o köpək oğuluna de, öpür öpsün, öpmürsə əlini çəksin o qapının zenginden.. 
    İmkan versin yataq.




    Bir gün qiza elçi gəlmək isteyirler, anasi qizina deyir:
    -Qızım, mən səndən nə istəsəm, sual ver ki, hansını deyirsen? Elə bilsinlər ki, varlıyıq.
    Elçilər gəlir, anası qızından nə istəyirsə qızı deyir, ki ana hansını gətirim, 
    ondan bizdə cürbə-cürdü.
    Elçilər sözə başlayanda anası deyir:
    -Qızım, atanı çağır.
    Qızı sual verir:
    -Ana, hansı atami?




    Uşaq vaxtı heç kim mənimlə gizlənpaç oynamırdı, cünki hamını tapırdım.
    İmza :Xoşqədəm





    Müəllim dərsdə soruşur:
    - Uşaqlar, balıqlar niyə danışmır?
    Bu sualı həç kəs cavablandıra bilmir.
    Əli qalxır və suala cavab verir:
    - Müəllim, sizin başınızı suya soxsam danışa bilərsiniz?





    5 yaşında olan uşaq bu günə qədər danışmamışdı. 
    Ailəsi çox narahat idi. Bir gün səhər yeməyində uşaq "hardadı e bu qənd" 
    deyəndə atası və anası şok olurlar və atası soruşur:
    -Oğlum, bəs bu günə qədər niyə danışmırdın? 
    Oğlu cavab verir:
    - Bu günə qədər hər şey yolunda idi!!!





    Həkim xəstəyə deyir:
    - İçməsən, ömrünü uzadacaqsan.
    - Düz deyirsiz, doktor! Bir həftə içmədim, həftə mənə il qədər uzun göründü.





    Bir gün bir oğlandan soruşurlar: 
    - Adın nedir? 
    - Məmməd.  
    - Bəs familiyan nədir? 
    - Məmmədov. 
    - Atanın adı nədir bes?
    - Nizami.
    - Denən ki, iki min beş yuz də...




    Bir gün iki dənə qaqaş gəlir yaxınlaşır taksi şoferinə:
    - Day day, Əhmedliyə gedərsən?!
    - Bəli
    - Day day, 3 nəfərik aa..
    Taksi şoferi deyir:
    -A bala siz iki nəfər deyilsiz?
    Qaqaşlardan biri deyir:
    -Day day, bəs sən getmirsən?!




    Bir dənə mərdəkanlı təyyarəylə ucur. İlluminatordan görür ki, qonşusu Vidadi bağda yer belliyir. Başdıyır qışqırmağa ki:
    - Vidadi,Vidadi ay Vidadi.
    Bunu görən stuardessa yaxınlaşır ki, bes:
    - Vətəndaş, sərnişinləri narahat edirsiniz, niyə qışqırırsınız, belə olmaz axi. 
    Kəndçi balasi stuardessani süzüb deyir: 
    - Görmürsən,Vidadi gonşumdu. 
    Stuardessa bir az fikirləşib ona binokl gətirir ki:
    - Götür bax qonşuva.
    Kəndçi balasi binoklu alıb Vidadini yaxından qörüb astaca deyir:
    - Ala Vidadi, mənəm Mamed, yuxarı bax.




    Bir adam öz mersedesi ilə svetoforda, qirmizi ishıqda gözleyirmish. Birden bir Zaparojets gəlib onu arxadan vurur. Her ikisi də maşindan düshürler ve zapının sürücüsü deyir ki:
    - Qaqaş, sən Allah bagişlaginən, bəs fikirliyəm, o qədər problem var ki, bashımı itirmişəm. 
    Mersedesin yiyəsinin yaziği gəlir ve heç nə demir, yoluna davam edir. Növbəti svetoforda zapı yenə də arxadan vurur və yənə də sürücü üzürhaxlıq edir ki, bəs dediyim kimi, bu dəfə də bağışla, daha səhv etmərəm. Lakin 3-cü dəfə svetoforda dayanarkən zapı yenə də gəlib arxadan vurur. Mersedesin sürücüsü hirslənir və başını pəncərədən çıxarıb qışqırmaq istəyir ki, zapının sürücüsü sakit-sakit deyir:
    - Sür - sür, mən idim...




    Bir gün bir kəndçi gəlir kafeyə, deyir:
    - Sizdə tez-bazar yeməyə ne var? İşim var getmeliyem.
    Deyirlər belə bir şey bizdə ancaq HOTDOG-dı. Soruşur ki, o nedi. Qız deyir:
    - Hot isti, dog-daki it. 
    Kəndçi fikirləşir şəhərdə isti it zad yeyirlər, məndə yeyim gedib kənddə risovkalıq eliyərəm. Deyir:
    - Yaxshi, gətir. 
    Bir az keçir, qız çörəyin arasında sosiska gətirir, qoyur kişinin qabağına. Kəndçi bir sosiskaya baxır, birdə qiza, deyir:
    - Qadan alım, bu itin başqa yeri yox idi, bunu gətirdin?




    Bir gün Mollanın evinə oğru girir, yığıb - yığışdırıb aparmaq istəyəndə molla görür ve o da yerdə qalanı yığışdırır ve düşür oğrunun dalina. Bunlar gəlib oğrunun evinə çatanda oğru soruşur:
    - Sən hara gedirsən?
    Molla cavab verir:
    - Bəs sizə köçmürük?




    Bir gün bir arvad falcının yanına gəlib ona belə deyir:
    - Ay falcı, mənim falıma bax.
    Falcı onun falına baxıb deyir:
    - Sən ərə gedəcəysən və bir uşağın olacag.
    2 il sonra həmin arvad gəlir təzədən falcının yanına.
    Falcı deyir:
    - Noldı, düz cıxdı? 
    Arvad cavab verir:
    - Uşağım olmağına oldı, amma bilmirəm ərə gedəcəm ya yox.....?





    Bir gün bir nəfər Hacı Dayıya yaxınlaşır və deyir:
    -Sən rus dilini bilirsən ?
    Hacı Dayı:
    -Əlbəttə.
    Kişi:
    -O qabağımızda ki, uşağa necə deyərsən gəl bura ?
    Hacı Dayı:
    -Иди сюда.
    Uşaq gəlir.
    Kişi:
    -Bəs nece deyersen get ?
    Hacı Dayı çox fikirləşir cavab tapa bilmir, və cavab verir...
    -Gedib ordan deyərəm иди сюда.




    Bir gün arvad türmədə yatan ogluna məktub yazır:
    - Oğlum sən içəri girəndən bəri heç kim işlərimi görmür, bostanda işləyən yoxdur, kartofu əkə bilmirəm..
    Oğul cavabında yazır: 
    - Ana nə badə həyətdəki bostanı qazasan, həm özüvü bədbəxt edərsən,həm də məni..
    Bu söhbətin üstündən bir müddət keçir, anası yenidən məktub yazır:
    - Oğul sənin məktubundan sonra bir dəstə polis gəldi, həyəti qazıb getdi,amma heç nə tapa bilməyib söyə-söyə getdilər...
    Oğlu da cavab yazırki:
    - Ana, həyəti mən qazdırdım, kartofu isə özün ək!




    İki dost yolnan gedirlər. Biri susuzlayir, su içməyə gedir. O biri deyir:
    -Mənim əvəzimə də iç...
    Bir az keçir, su içib gəlir ve dostuna deyir: 
    - 2 saatdan sonra öləcəksən.
    - Niye? 
    - Çünki sənin əvəzinə kanalizasiya suyu içmişəm. 




    Iki professor universitetdə söhbət edirlər:
    -Əgər mən bir nəfərə 4 yazsam məni tələbələr əl üstündə gəzdirərlər.
    O biri professor:
    -Əgər mən bir nəfərə 3 yazsam məni əl içində gəzdirərlər.
    Dekan bu moment girir içəri:
    -Əgər sizin ikinizi də universitetdən qovsam bütün fakültə məni əl üstündə gəzdirər 




    Polis cavan oğlandan soruşur:
    -Utanmırsan, qoca kişini niyə vurmusan?
    -Məndən siqaret istədi, verdim. Dedi birini də qulağımın dalına qoy. Nə etdimsə getmədi,
     dedi birini də qoy, mən də qoydum qulağının dalına bidənə.




    Şəkili arvad ərindən soruşur:
    -haindi yerin altında yaşayış var?
    Eri cavab verir: 
    -haindi deyirsen yaşayış yoxdursa turpnan kökü kim kraskalayir.




    Sinif rəhbəri şagirdləri ekskursiyaya aparır,özüdə polis şöbəsinə.
    Bir şagird divarda çoxlu adam şəkili görür ve polisə deyir : 
    - Bunlar kimdi?
    Polis deyir : 
    - Bunlar banditdilər,onları tutmalıyıq.
    Şagird deyir :
     - Bəs şəkili çəkəndə niyə tutmadınız?.






      

    SARA-AZ.UCOZ.COM

    © 2012 - 2024. Bütün hüquqlar qorunur..

    Materialların hər hansı bir istifadəsinə
    yalnız sayta istinadən yol verilir.

    Saytın dizaynı - Designers GROUP


             



    Sayt haqqında

    Sayt haqqında informasiya

    Bizə yaz

    Mobil versiya

    На русском