Azərbaycan, Bakı, 14 mart
2013-cü il aprelin 1-dən etibarən şəhərlərarası zənglər zamanı köhnə yığım qaydası tam dayandırılacaq və yalnız yeni format tətbiq ediləcək. Bu barədə Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün 2011-ci ildən etibarən yeni zona kodlarının tətbiqinə başlanılıb.
Bu vaxtadək respublikada yeni yığım formatı ilə paralel olaraq köhnə yığım qaydası da istifadə edilib.