Sari - Bəyaz gecələr Skandinaviya müsəlmanları üçün ciddi sınağa çevrilir
-


















HAQQINI QORUMAQ İSTƏYİRSƏN?
  • Azərbaycan Prezidenti

  • Baş Prokurorluq

  • Daxili İşlər Nazirliyi

  • Dövlət yol polisi

  • Əmək və Əhalinin Sosial    Müdafiəsi Nazirliyi

  • Təhsil Nazirliyi

  • Vergilər Nazirliyi

  • Tələbə Qəbulu üzrə Dövlət    Komissiyası

  • Lənkəran Rayon İcra    Hakimiyyəti


  • STATİSTİKA

    Online: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0


    SORĞU
    Saytı bəyənirsiniz?
    Bütün cavablar: 105


    TƏSADÜFİ FOTO




    TƏQVİM
    «  Dekabr 2016  »
    BeÇaÇşCaCmŞnBa
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031


    AXTAR


    MƏQALƏLƏRİN ARXİVİ


    TEQLƏR
    copd heykəl binalar qlikemik indeks Park qidalanma heykel qiymə badımcan dolma peyzaj düşbərə qushlar antidepressant piti qar denesi bədən təri fauna lülə kabab kabab qəpik droste Paxlava raffleziya arnoldi yanğın ADSL internet qurban bayramı Sarida ilk qar bayram çərşənbə novruz məzarlıq qəbiristanlıq Sarı prezident Yol qaz Böyürtkən intihar Qar FHN Nar punica Flora asfalt damba ficus bitkilər rhus kombinat


    Çərşənbə axşamı, 06.12.2016, 22:52
    Salam Qonaq | RSS
    Əsas səhifə | Qeydiyyat | Giriş




        




    Bəyaz gecələr Skandinaviya müsəlmanları üçün ciddi sınağa çevrilir



    Məlum olduğu kimi, yalnız islam dininin beş əsas qanununa riaəyət edənlər əsl müsəlman hesab edilirlər. Müsəlman Allahdan başqa tanrının olmadığına, Məhəmmədin onu peyğəmbəri olduğuna inanmalı, zəkat verməli, gündə beş dəfə namaz qılmalı, ömründə heç olmasa bir dəfə Məkkəni ziyarət etməli və Ramazan ayında oruc tutmalıdır.

    Ramazanda islamın vətəni Məkkədə mövcud olmayan bir gizli problem mövcuddur. Belə ki, bu problem özünü Yer kürəsinin bəzi başqa ərazilərində büruzə verir. Ramazanın başlanması tarixi ay təqvimi ilə müəyyən olunur. Buna görə də o, Qriqoryan təqvimi ilə müqayisədə daim dəyişir. Onunla birlikdə orucun müddəti də dəyişir.

    Məkkədə həmin zaman hərəkəti demək olar ki, hiss olunmur. Orada dekabr ayında günün ən qısa işıqlı vaxtı ilə iyunda günün ən uzun işıqlı müddəti arasında fərq cəmi 2,5 saatdır. İslam ölkələrinin əksəriyyəti də ekvatora kifayət qədər yaxın yerləşdiklərindən həmin ölkələrin əhalisi bu məsələdə ciddi problem hiss etmir. Amma bəyaz iyun gecələrinə malik olan Skandinaviya ölkələri Ramazan üçün qətiyyən uyğun deyil.
    Əvvəllər bu problem o qədər də aktual deyildi. Çünki adi təqvimlə Ramazanın başlama tarixi kifayət qədər yavaş, yəni ildə təxminən 11 gün hərəkət edir. Qeyd edək ki, Ramazan sonuncu dəfə 1980-ci illərin əvvəllərində iyun ayına təsadüf etmişdi. O zaman isə Skandinaviyada ilk, eyni zamanda o qədər də mömin olmayan mühacir müsəlmanlar yenicə peyda olmuşdular. Onların əksəriyyəti inqilabın baş verdiyi İrandan gələnlər, digərləri isə türk qastarbayterlər idilər. Lakin o zamandan bəri onların sayı iraqlıların, somalilərin, suriyalıların və bir çox başqalarının hesabına xeyli artıb.

    Hazırda İsveçdə, Finlandiyada və Norveçdə yerli müsəlmanların sayı lüteranların sayı ilə bərabərləşib. Ona görə də Ramazanın başlanması tarixinin dayanmadan iyun ayına doğru hərəkət etməsi Skandinaviya əhalisinin geniş təbəqəsi üçün ciddi problemə çevrilib. Artıq bu il Ramazan iyulun 21-də başlayıb. Həmin vaxt isə Skandinaviyanın şəhərlərində günəş yalnız axşam saat onda qürub edir, çoxlu sayda müsəlmanın yaşadığı paytaxt Osloda, Stokholm və Helsinkidə səhər saat beşdə üfüqdən qalxır.

    Bundan sonra isə daha pis olacaq. Belə ki, 2015-ci ildə Ramazan iyunun 18-də başlayacaq. Onda Skandinaviya paytaxtlarının müsəlman sakinləri günün 19 saatını yeyib-içə bilməyəcəklər. Bu vəziyyət isə düz bir ay davam edəcək. Azacıq Şimala doğru isə gecə cəmi sayılan dəqiqələr ərzində davam edəcək və sonra tamamilə yox olacaq. Bir bütöv qütb günü qalacaq.

    Belə vəziyyətdə mömin müsəlmanlar nə etməlidir? Ramazan ayı ilə eyni vaxta təsadüf edən London Olimpiya Oyunlarında iştirak edən müsəlman idmançılar "yolda olanlar" kateqoriyasına aid edilsələr də, onlardan bəziləri mümkün qədər oruc tutmağa çalışıblar. Bunu skandinaviyalı müsəlmanlara şamil etmək mümkün olmayacaq. Çünki onlar öz evlərindədirlər. Xəstə, qoca, uşaq və hamilə olmayan şəxslər qaydaya uyğun olaraq oruc tutmalı olacaqlar. Əks halda onlar islamın beş əsas qanunlarından birini pozacaqlar.

    Yerli imamların bu məsələdə fikirləri haçalanır. Belə ki, daha çox proqressiv olanlar bildirirlər ki, islamın təlimlərini hərfən izah etmək yox, onlara ruhən riayət etmək vacibdir. Buna görə də Skandinaviya müsəlmanları, əlbəttə, Ramazanda oruc tutmalıdırlar. Amma onlar bunu günəşin Məkkədə doğması və qürubu vaxtına görə etməlidirlər.

    Amma Quranın izahında belə sərbəstliklərə yol verilməsi ilə heç də hamı razılaşmır. İslamın dövlətlər və başqa coğrafi sərhədlər tanımadığını təkid edən imamlar isə bildirirlər ki, müsəlmanlar yaşayış yerlərində mövcud olan gecə və gündüzə görə oruc tutmalıdırlar. Əgər müsəlman Ramazanın qütb günləri ilə üst-üstə düşdüyü yerdə yaşayırsa, onda orucu Məkkə ilə deyil, Günəşin hər halda qürub etdiyi ən yaxın şəhərə uyğun tutmaq lazımdır.

    Lakin hətta azacıq sosiallaşdırılmış insan hər gün 19 saat ardıcıl, bütöv bir ay özünü yeyib-içməkdən məhrum edərsə, o, ən azı işləyə bilməyəcək.






      

    SARA-AZ.UCOZ.COM

    © 2012 - 2016. Bütün hüquqlar qorunur..

    Materialların hər hansı bir istifadəsinə
    yalnız sayta istinadən yol verilir.

    Saytın dizaynı - Designers GROUP


             



    Sayt haqqında

    Sayt haqqında informasiya

    Bizə yaz

    Mobil versiya

    На русском