-


















HAQQINI QORUMAQ İSTƏYİRSƏN?
  • Azərbaycan Prezidenti

  • Baş Prokurorluq

  • Daxili İşlər Nazirliyi

  • Dövlət yol polisi

  • Əmək və Əhalinin Sosial    Müdafiəsi Nazirliyi

  • Təhsil Nazirliyi

  • Vergilər Nazirliyi

  • Tələbə Qəbulu üzrə Dövlət    Komissiyası

  • Lənkəran Rayon İcra    Hakimiyyəti


  • STATİSTİKA

    Online: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0


    SORĞU
    Saytı bəyənirsiniz?
    Bütün cavablar: 109


    TƏSADÜFİ FOTO




    TƏQVİM
    «  İyun 2025  »
    BeÇaÇşCaCmŞnBa
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30


    AXTAR


    MƏQALƏLƏRİN ARXİVİ


    TEQLƏR
    copd heykəl binalar qlikemik indeks Park heykel qidalanma dolma qiymə badımcan peyzaj qushlar düşbərə Piti antidepressant qar denesi kabab bədən təri Fauna lülə kabab qəpik droste Paxlava raffleziya arnoldi FHN Yangın ADSL internet qurban bayramı Qar Sarida ilk qar Bayram çərşənbə novruz məzarlıq qəbiristanlıq sari Yol PREZIDENT asfalt qaz Böyürtkən intihar bitkilər Flora Nar punica Damba ficus rhus kombinat


    Çərşənbə, 25.06.2025, 03:33
    Salam Qonaq | RSS
    Əsas səhifə | Qeydiyyat | Giriş




        




    Ermənistanın Azərbaycana vurduğu ziyanla bağlı qiymətləndirici hesabatın hazırlanmasına beynəlxalq ekspertlər cəlb olunacaq




    27 İyul 2012 15:18

    Baş nazirin müavini: "Prezident İlham Əliyev yenidən qiymətləndirmənin aparılmasına dair tapşırıq verib, Azərbaycan qiymətləndirmə prosesini təcili başa çatdırmalıdır”


    Bakı. Ramil Məmmədli-APA. 

    Bu gün "Dövlətlərarası münaqişələr zəminində dəyən zərər və itkilərin qiymətləndirilməsi” mövzusunda III beynəlxalq simpozium keçirilib. 

    APA-nın məlumatına görə, "Sosial-iqtisadi ideyalar institutu” İB və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşəbbüsü ilə keçirilən tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası İdarə Heyətinin üzvü Xanhüseyin Kazımlı vurğulayıb ki, Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ziyanın öyrənilməsi və bunun beynəlxalq qurumların diqqətinə çatdırılması işi hökumətin və həm də vətəndaş cəmiyyətinin vacib fəaliyyət istiqamətlərinə daxil olmalıdır. Onun fikrincə, Azərbaycan artıq bu prosesə start verib: "Yaxın vaxtlarda beynəlxalq ekspertlərin iştirakı ilə Ermənistan tərəfindən Azərbaycana dəyən ziyanın miqdarının dəyərləndirilməsinə dair hesabat da hazırlanacaq”. 

    Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, qiymətləndirmənin beynəlxalq standartlara cavab verməsi üçün dünya təcrübəsinin öyrənilməsi çox vacibdir. Ə. Həsənov qeyd edib ki, Azərbaycan qiymətləndirmə prosesini təcili başa çatdırmalıdır: "Əvvəllər bu hesablama aparılsa da, bəzi məsələlər nəzərə alınmayıb. Bu səbəbdən də Milli Məclisin deputatı Xanhüseyn Kazımlının ölkə başçısına yeni qiymətləndirmənin aparılması ilə bağlı təklifi dəyərləndirilib. Prezident İlham Əliyev yenidən qiymətləndirmənin aparılmasına dair tapşırıq verib”. Ə. Həsənov Azərbaycanda beynəlxalq qurumların iştirakı ilə bu mövzu ilə bağlı geniş konfransın keçiriləcəyini də vurğulayıb. 

    Xatırladaq ki, tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri İbrahim Quliyev, Rusiya Qiymətləndiricilər Cəmiyyətinin vitse-prezidenti İqor Artemenkov, həmçinin bir sıra QHT nümayəndələri iştirak edi


    Mənbə : APA






      

    SARA-AZ.UCOZ.COM

    © 2012 - 2025. Bütün hüquqlar qorunur..

    Materialların hər hansı bir istifadəsinə
    yalnız sayta istinadən yol verilir.

    Saytın dizaynı - Designers GROUP


             



    Sayt haqqında

    Sayt haqqında informasiya

    Bizə yaz

    Mobil versiya

    На русском