-


















HAQQINI QORUMAQ İSTƏYİRSƏN?
  • Azərbaycan Prezidenti

  • Baş Prokurorluq

  • Daxili İşlər Nazirliyi

  • Dövlət yol polisi

  • Əmək və Əhalinin Sosial    Müdafiəsi Nazirliyi

  • Təhsil Nazirliyi

  • Vergilər Nazirliyi

  • Tələbə Qəbulu üzrə Dövlət    Komissiyası

  • Lənkəran Rayon İcra    Hakimiyyəti


  • STATİSTİKA

    Online: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0


    SORĞU
    Saytı bəyənirsiniz?
    Bütün cavablar: 108


    TƏSADÜFİ FOTO




    TƏQVİM
    «  Dekabr 2024  »
    BeÇaÇşCaCmŞnBa
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031


    AXTAR


    MƏQALƏLƏRİN ARXİVİ


    TEQLƏR
    copd heykəl binalar qlikemik indeks Park qidalanma heykel qiymə badımcan dolma peyzaj düşbərə qushlar antidepressant piti qar denesi bədən təri fauna lülə kabab kabab qəpik droste Paxlava raffleziya arnoldi yanğın ADSL internet qurban bayramı Sarida ilk qar bayram çərşənbə novruz məzarlıq qəbiristanlıq Sarı prezident Yol qaz Böyürtkən intihar Qar FHN Nar punica Flora asfalt damba ficus bitkilər rhus kombinat


    Bazar, 22.12.2024, 09:17
    Salam Qonaq | RSS
    Əsas səhifə | Qeydiyyat | Giriş




        





    Dünyadan xəbərlər  >  İsmayıllı xəbərləri «The Washington Post» qəzetində


    İsmayıllı xəbərləri «The Washington Post» qəzetində



    «Kiçik bir maşın toqquşması hakimiyyətlə toqquşmalara səbəb oldu».

    Qəzet AP xəbər agentliyinə istinadən yazır ki, bu epizod neftlə zəngin Azərbaycanda iqtisadi bərabərsizlik və laqeyd idarəçiliyin yaratdığı gizli gərginliyi üzə çıxarıb.

    Qeyd edilir ki, var-dövlətin lovğa nümayişi, yuxarılara bağlı olanların aqressiv və ədabaz davranışı Azərbaycanda adi hala çevrilib və kin-küdurətə yol açır.

    Qəzet yazır ki, hadisənin başlanmasına səbəb yerli otelin sahibi, 22 yaşlı Emil Şəmsəddinovun «Chevrolet Camaro» maşını yolun kənarında  saxlanmış «Jiquli» markalı avtomobili vurduqdan sonra başlanıb.

    «CHEVROLET»LƏ «JİQULİ»NİN TOQQUŞMASINDAN TÖRƏNƏN QIĞILCIM

    Polisin dediyinə görə, güman ki, sərxoş olan Şəmsəddinov bundan sonra ətrafdakılara söyüş yağdırıb və bir qrup İsmayıllı sakini onun hərəkətinə sərt cavab verib.

    «Mübahisə sürətlə böyüyüb, 3000-dək insan Şəmsəddinovun «Çıraq» otelinə hücum çəkib, orada olan bir neçə avtomobili, o cümlədən «Camaro», «Chevrolet Niva» və «Hummer» avtomobillərini yandırıb», - xəbərdə deyilir.

    «Bundan sonra kütlə qəzəbini İsmayıllı rayonunun rəhbərinin oğluna yönəldib. Onun da evinə hücum edilərək «Toyota Land Cruiser» markalı avtomobil və iki motosiklet yandırılıb».
     
    AP-nin «Washington Post»da dərc edilmiş xəbərində AzadlıqRadiosu Azərbaycan xidmətindən, habelə «Turan» agentliyindən alınmış məlumatlardan da istifadə edilib.

    Xəbər verilir ki, ötən cümə axşamı, şəhərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq, adamlar yenidən küçələrə axışıb və rayon icra hakimiyyətinin binasını dövrələyərək başçının istefasını tələb ediblər.

    Bildirilir ki, həmin günün axşamı İsmayıllıda sakitlik bərqərar edilsə də, hiddət hissi hələ də yatmayıb.

    NEFT GƏLİRLƏRİNİN ƏDALƏTSİZ BÖLÜNMƏSİ

    «Washington Post» qəzetində dərc olunmuş xəbərdə vurğulanır ki, Azərbaycanın paytaxtı Bakı son illərdə yerli elitanın dəbdəbə məskəninə çevrilib. Lakin neft gəlirlərinin 9 milyonluq əhali ilə ədalətlə paylaşılmaması hiddətə səbəb olur.

    Xəbərdə deyilir ki, ölkədə bizneslə məşğul olmaq hökumətlə potensial ziddiyyətə girmək kimi qəbul edilir.

    «Berlində mənzillənmiş «Transparency International» təşkilatının 2012-ci il üçün korrupsiya indeksində Azərbaycan 176 ölkə arasında 139-cu yeri tutub. 

    ​​Müxalifət partiyaları və müstəqil jurnalistlər davamlı təcavüzə məruz qalırlar», - xəbərdə deyilir.

    İsmayıllı hadisələrinin Azərbaycanda bir neçə gün ərzində ikinci belə insident olduğu vurğulanır:

    «Şənbə günü Bakı ətrafında yerləşən bazarın ticarətçiləri magistral yolu bağlamış və qeyri-mütəşəkkil etiraz aksiyası keçirərək polis ilə toqquşmuşdular».

    «Bundan bir həftə əvvəl isə Bakının özündə yüzlərlə nümayişçi mərkəzi meydanlardan birində toplaşaraq bu ayın əvvəllərində vəfat etmiş əsgərin ölümünə etiraz etmişdi. Bu nümayişi müxalifət deyil, sosial media təşkil edib. Bu da, yeni fəalların getdikcə daha çox müxalifətin yerini tutduğunu göstərir», - xəbərdə deyilir.

    Bu da qeyd olunur ki, hakimiyyət bu ilin oktyabrında İlham Əliyevi üçüncü müddətə prezident edəcəyi gözlənilən seçkilərin ərəfəsində ictimai narazılığın hər hansı nümayişindən narahatdır.






      

    SARA-AZ.UCOZ.COM

    © 2012 - 2024. Bütün hüquqlar qorunur..

    Materialların hər hansı bir istifadəsinə
    yalnız sayta istinadən yol verilir.

    Saytın dizaynı - Designers GROUP


             



    Sayt haqqında

    Sayt haqqında informasiya

    Bizə yaz

    Mobil versiya

    На русском