-


















HAQQINI QORUMAQ İSTƏYİRSƏN?
  • Azərbaycan Prezidenti

  • Baş Prokurorluq

  • Daxili İşlər Nazirliyi

  • Dövlət yol polisi

  • Əmək və Əhalinin Sosial    Müdafiəsi Nazirliyi

  • Təhsil Nazirliyi

  • Vergilər Nazirliyi

  • Tələbə Qəbulu üzrə Dövlət    Komissiyası

  • Lənkəran Rayon İcra    Hakimiyyəti


  • STATİSTİKA

    Online: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0


    SORĞU
    Saytı bəyənirsiniz?
    Bütün cavablar: 108


    TƏSADÜFİ FOTO




    TƏQVİM
    «  Dekabr 2024  »
    BeÇaÇşCaCmŞnBa
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031


    AXTAR


    MƏQALƏLƏRİN ARXİVİ


    TEQLƏR
    copd heykəl binalar qlikemik indeks Park qidalanma heykel qiymə badımcan dolma peyzaj düşbərə qushlar antidepressant piti qar denesi bədən təri fauna lülə kabab kabab qəpik droste Paxlava raffleziya arnoldi yanğın ADSL internet qurban bayramı Sarida ilk qar bayram çərşənbə novruz məzarlıq qəbiristanlıq Sarı prezident Yol qaz Böyürtkən intihar Qar FHN Nar punica Flora asfalt damba ficus bitkilər rhus kombinat


    Bazar, 22.12.2024, 09:28
    Salam Qonaq | RSS
    Əsas səhifə | Qeydiyyat | Giriş




        





    Dünyadan xəbərlər  >  Azərbaycanda nömrələrin daşınması xidməti 2013-cü ilin martınadək işə salınacaq


    Azərbaycanda nömrələrin daşınması xidməti 2013-cü ilin martınadək işə salınacaq



    Azərbaycan, Bakı, 6 noyabr

    Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində nömrələrin daşınması xidməti (MNP - Mobile Number Portability) sınaqdan keçirilmə mərhələsindədir. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.

    Onun sözlərinə görə, artıq nömrələrin daşınması xidməti üzrə qayda qəbul edilib, operatorlar xidmətin işə salınması üçün zəruri avadanlığın quraşdırılmasını yekunlaşdırıblar, bu prosesi koordinasiya edəcək mərkəz yaradılıb.

    "Hazırda sistemin test işləri aparılır. Test işlərinin uğurundan asılı olaraq xidmətin işə salınması tarixi məlum olacaq. Əgər xidmət cari ilin sonunadək işə salınmasa, xidmətdən istənilən halda 2013-cü ilin yanvar-fevralında istifadə etmək mümkün olacaq", - Məmmədov qeyd edib.

    Nazir müavininin sözlərinə görə, nömrələrin daşınması xidmətinin tətbiqinin üstünlüyü ondan ibarətdir ki, abonent seçim imkanı əldə edir və müvafiq olaraq bu, operatorların göstərdiyi xidmətlərin keyfiyyətinin artmasına səbəb olur.






      

    SARA-AZ.UCOZ.COM

    © 2012 - 2024. Bütün hüquqlar qorunur..

    Materialların hər hansı bir istifadəsinə
    yalnız sayta istinadən yol verilir.

    Saytın dizaynı - Designers GROUP


             



    Sayt haqqında

    Sayt haqqında informasiya

    Bizə yaz

    Mobil versiya

    На русском