-


















HAQQINI QORUMAQ İSTƏYİRSƏN?
  • Azərbaycan Prezidenti

  • Baş Prokurorluq

  • Daxili İşlər Nazirliyi

  • Dövlət yol polisi

  • Əmək və Əhalinin Sosial    Müdafiəsi Nazirliyi

  • Təhsil Nazirliyi

  • Vergilər Nazirliyi

  • Tələbə Qəbulu üzrə Dövlət    Komissiyası

  • Lənkəran Rayon İcra    Hakimiyyəti


  • STATİSTİKA

    Online: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0


    SORĞU
    Saytı bəyənirsiniz?
    Bütün cavablar: 109


    TƏSADÜFİ FOTO




    TƏQVİM
    «  İyun 2025  »
    BeÇaÇşCaCmŞnBa
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30


    AXTAR


    MƏQALƏLƏRİN ARXİVİ


    TEQLƏR
    copd heykəl binalar qlikemik indeks Park heykel qidalanma dolma qiymə badımcan peyzaj qushlar düşbərə Piti antidepressant qar denesi kabab bədən təri Fauna lülə kabab qəpik droste Paxlava raffleziya arnoldi FHN Yangın ADSL internet qurban bayramı Qar Sarida ilk qar Bayram çərşənbə novruz məzarlıq qəbiristanlıq sari Yol PREZIDENT asfalt qaz Böyürtkən intihar bitkilər Flora Nar punica Damba ficus rhus kombinat


    Çərşənbə, 25.06.2025, 02:48
    Salam Qonaq | RSS
    Əsas səhifə | Qeydiyyat | Giriş




        




        MİSİRƏ BƏNZƏDİLƏN AZƏRBAYCAN 
         «Öz siyasi strukturuna görə Mubarakin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?»
         Bu sual Münhen Təhlükəsizlik Konfransında səslənib. Prezident İlham Əliyevin də iştirak etdiyi «Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri» mövzusunda müzakirələrdə. Düzdür, sual birbaşa Azərbaycan prezidentinə hədəflənməyib. Amma o bu sualı cavablandırıb. Müzkirələrdə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Gunter Oettinger, Almaniya sığorta şirkəti «Allianz» SE-nin icraçı direktoru Michael Dickmann, «Greenpeace» Beynəlxalq təşkilatının icraçı direktoru Kumi Naidoo, Ukrayna Prezidenti Viktor Yanukoviç də iştirak ediblər. 
         Sualı isə Almaniya Xarici siyasət və təhlükəsizlik institutunun direktoru Volker Perthes verib. Rəsmi xəbər agentliyi «AzərTAc» sualın müəllifini yazmayıb. Sualı isə agentlik saytında yerləşdirib: «Mən hiss edirəm ki, bizim sərmayə yatıra biləcəyimiz ölkələrdə siyasi vəziyyət və coğrafi dəhlizlə bağlı bir az çox danışırıq. Buna görə də, mən sualımı birbaşa cənab Dickmanna ünvanlamaq istəyirəm. Çünki gələcək biznes risklərini müəyyən etmək və onun üzərində işləmək sizin səlahiyyətiniz çərçivəsindədir. Mən sizdən soruşmaq istərdim ki, bir il əvvəl Misir və Tunisdə baş verən iğtişaşların şahidi olduq. Sizin bu bir il ərzində enerji ilə zəngin ölkələrdə siyasi vəziyyətlə bağlı risklərin qiymətləndirilməsindəki fəaliyyətinizdə dəyişiklik varmı? Misir kimi ölkələrin təcrübəsindən misal gətirərək, - burada Azərbaycan Prezidenti də iştirak edir, - öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?»
         
         ƏLİYEV: «MİSİRDƏ BAŞ VERƏNLƏRİ AZƏRBAYCANDA GÖRMƏYƏCƏKSİZ
         Sualı prezident İlham Əliyev də cavablandırıb. O Azərbaycanda söz azadlığının, din azadlığının olmasından danışıb. Parlamentdə 10-dan artıq partiyanın təmsil olunduğunu da deyib: «Mən bayaqkı şəxsin savadından irəli gələrək bilmədiyi bir neçə göstəricini diqqətə çatdırmaq istəyirəm. Mənim 8 illik prezidentlik dövrümdə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə - 300 faiz artıb. Yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib. İnflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir. Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb. Xarici borc bizim ümumi daxili məhsulumuzun 6 faizini təşkil edir. İqtisadiyyatın şaxələnməsi sabitdir. Siyasi vəziyyət sabitdir. Bizim çoxpartiyalı sistemimiz var. Parlamentdə təmsil olunan 10-dan çox partiyamız var. Bizim azad mətbuatımız var. Bizdə söz azadlığı var. Bizdə din azadlığı var. Nəhayət, bizdə azad internet var. Qeyd etmək istərdim ki, bizim regionda heç də bütün ölkələrdə azad internet yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 50 faizdən artıqdır və bu rəqəm artmaqdadır». İlham Əliyev fikrini belə yekunlaşdırıb: «Azərbaycanda müasir, sabit cəmiyyət vardır. Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nəsə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz».






      

    SARA-AZ.UCOZ.COM

    © 2012 - 2025. Bütün hüquqlar qorunur..

    Materialların hər hansı bir istifadəsinə
    yalnız sayta istinadən yol verilir.

    Saytın dizaynı - Designers GROUP


             



    Sayt haqqında

    Sayt haqqında informasiya

    Bizə yaz

    Mobil versiya

    На русском