Niaqara şəlaləsi
Niaqara səlaləsi Nyu-Yorku (ABŞ) Ontariodan (Kanada) ayiran Niaqara çayi üzərinde yerləşən səlalələr kompleksidir. Üç şəlalədən ibarətdir: Nal, Amerika şəlaləsi ve Fata. Şəlalələr çox genişdir və onlardan keçən suyun həcminə görə Şimali Amerikada ən nəhəngdir.
Şəlalələrin hündürlüyü 53 metrədir. Amerika səlaləsinin eni 323 metrə, Nalın eni 792 metrədir. Təbiətin bu möcüzəsi dünyanın bütün yerlərindən buraya turistləri cəlb edir. Şəlaləyə ən yaxşi görünüş Kanada sahilindən açılır.
Niaqara sözü öz kökünü irokez sözü olan "Onguiaahra"-dan götürür. Yerli sakinlər irokez qəbiləsi Ongiara idi.
Şəlalənin altındaki torpagin eroziyasi nəticəsində şəlalə yavaş-yavaş, son 560 ildə ortalama ildə 1-1.5 metrə yerini dəyişir. Kanalın və elektrik stansiyasının tikintisi, Amerika şəlaləsinin altına daşların tökülməsi eroziyanın qarşısını alıb, indi o ilde 30 sm-ə yaxinlaşir.