-


















HAQQINI QORUMAQ İSTƏYİRSƏN?
  • Azərbaycan Prezidenti

  • Baş Prokurorluq

  • Daxili İşlər Nazirliyi

  • Dövlət yol polisi

  • Əmək və Əhalinin Sosial    Müdafiəsi Nazirliyi

  • Təhsil Nazirliyi

  • Vergilər Nazirliyi

  • Tələbə Qəbulu üzrə Dövlət    Komissiyası

  • Lənkəran Rayon İcra    Hakimiyyəti


  • STATİSTİKA

    Online: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0


    SORĞU
    Saytı bəyənirsiniz?
    Bütün cavablar: 109


    TƏSADÜFİ FOTO




    TƏQVİM
    «  İyun 2025  »
    BeÇaÇşCaCmŞnBa
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30


    AXTAR


    MƏQALƏLƏRİN ARXİVİ


    TEQLƏR
    copd heykəl binalar qlikemik indeks Park heykel qidalanma dolma qiymə badımcan peyzaj qushlar düşbərə Piti antidepressant qar denesi kabab bədən təri Fauna lülə kabab qəpik droste Paxlava raffleziya arnoldi FHN Yangın ADSL internet qurban bayramı Qar Sarida ilk qar Bayram çərşənbə novruz məzarlıq qəbiristanlıq sari Yol PREZIDENT asfalt qaz Böyürtkən intihar bitkilər Flora Nar punica Damba ficus rhus kombinat


    Çərşənbə, 25.06.2025, 03:37
    Salam Qonaq | RSS
    Əsas səhifə | Qeydiyyat | Giriş




        




    Azərbaycanın səhiyyə sahəsində yenilik

    Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən "Vətəndaşların Elektron Sağlamlıq Kartı"nın (VESK) təcili tibbi yardım maşınlarında oxunması üçün quraşdıracağı mobil qurğular hesabına həkimlər xəstənin keçdiyi tibbi müayinələr, müalicələr barədə məlumatları elə həmin maşınlarda olarkən öyrənə biləcəklər.

    Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə Trend-ə deyib ki, hazırda həmin mobil qurğuların alınması üçün iş aparılır. Bu ilin sonunadək bu layihənin icrasına başlamaq nəzərdə tutulur. Mobil qurğuların ilk olaraq Bakı şəhərindəki 50-yə yaxın təcili tibbi yardım maşınında sınaqdan keçirilməsi planlaşdırılır.

    Əsəd-zadə bildirib ki, yeni avadanlıqlar vasitəsilə təcili tibbi yardım maşınındakı həkim həm nazirliyin mərkəzi bazası ilə əlaqə saxlaya, həm də kartlardakı məlumatları ekrana çıxara bilər.

    "Xəstənin elektron sağlamlıq kartı varsa, həkim onun məlumatını kartdan da, birbaşa mərkəzi bazaya qoşularaq ordan da götürə bilər. Əgər vətəndaşın kartı yoxdursa, onun ad-soyadını bilməklə onun barəsindəki məlumatları bazadan götürmək olar", - nazirlik rəsmisi qeyd edib.
    Onun sözlərinə görə, qurğular gətirildikdən sonra onlar üçün proqram təminatı hazırlanacaq və təcili tibbi yardım maşınlarına veriləcək. Bu avadanlıqlardan istifadə etməyi öyrətmək məqsədilə həkimlər üçün təlimlər keçiriləcək.

    Əsəd-zadə deyib ki, bu layihə Bakıda öz təsdiqini tapsa, onu qısa bir zamanda bütün respublika üzrə həyata keçirmək olar.
    Onun sözlərinə görə, elektron sağlamlıq kartlarında vətəndaşlar barədə tibbi məlumatlar saxlanılır. Bu kartlar poliklinikada kağız üzərində qeyd edilən məlumatların həm də elektron bazada saxlanılmasını təmin edir. Vətəndaşın tibbi məlumatlarını kartın üzərindəki kodla tez bir zamanda əldə etmək olur. Kartdakı məlumatları onun kodunu qeyd etməklə internetdən də öyrənmək olar.
    Cəbrayıl-zadə bildirib ki, iyulun əvvəlinədək ölkədə 542 366 nəfərə elektron sağlamlıq kartı verilib.






      

    SARA-AZ.UCOZ.COM

    © 2012 - 2025. Bütün hüquqlar qorunur..

    Materialların hər hansı bir istifadəsinə
    yalnız sayta istinadən yol verilir.

    Saytın dizaynı - Designers GROUP


             



    Sayt haqqında

    Sayt haqqında informasiya

    Bizə yaz

    Mobil versiya

    На русском