Viktoria şəlaləsi
Viktoria şəlaləsi - Cənubi Afrikanın Zambezi çayının üzərində , Zambia ilə Zimbabvenin sərhəddində yerləşir.
Şəlalənin eni təqribən 1800 metrə, hündürlüyü isə 108 metrədir.
Şotlandiyalı tədqiqatçı Devid Livinqston 1855-ci ildə şəlaləni aşkar edəndə onu kraliça Viktorianın şərəfinə adlandırıb.
D.Livinqston şəlalə haqqında belə yazırdı: "Kimsə bu gözəlliyi İngiltərədəki bir şeylə müqayisə edə bilməz. Bunu avropalılar
heç vaxt görməyib. Bucür gözəl yerlərə ancaq mələklər öz uçuşunda baxa bilər."
YUNESKO-nun Ümumdünya İrsinə aiddir. Dünyada yüganə şəlalədir ki, 100 metrədən çox hündürlüyə malikdir.