Qoyun əti (qoyun və mal ətindən də olar 50:50) - 500 qr,Baş soğan - 150 qr, Qoyun quyruğu - 100 qr, Duz, istiot, sumaq.
500 qram qiyməyə 150 qram soğan olmalıdır. Bu nisbəti gözləmək lazımdır, əks halda lülə şişdə qalmayacaq. Qiyməni yaxşı qarışdırın, 4-5 saatlıq soyuq yerdə saxlayın. 15-20 dəqiqə əvvəldən qiymə soyuducudan çıxarılır və yenə yaxşı qarışdırılır. Qiymə əl ilə şişin üstünə sarılır. Lüləni sap ilə də bağlamaq olar (sap yanmır), amma süfrəyə verilməmiş sap açılır. Manqalda qızardılır. Od alovlananda onu əvvəlcədən hazırlanmış duzlu su ilə söndürün.
|