Qoyun əti - tikələrlə, Baş soğan, Narşərab, Göyərti, Duz, istiot.
Əti yuyub 50 qramlıq tikələrə doğrayın. Qazana əti lay-lay yığıb üstünə duz, istiot səpin və həlqəvi soğan doğrayın. Axşamdan soyuducuda saxlayın. Sabahısı gün əti şişə çəkin. Amma soğanı tullamayın, ayrıca qaba yığıb kənara qoyun. Manqalı yandırın, kömür qızarmalıdır, şişləri manqala qoyub qızardın. Süfrəyə kabab boşqabda verilir, baş soğan, pomidor və narşərabla. Təzə göyərti ilə üstünü bəzəmək də olar. İçkilərdən kababın yanında ayran verilir.
|