Hazırlama qaydası:
Əvvəl xəmiri hazırlamaq üçün una mayanı, yumurtanın sarısını, yağı, xamanı əlavə edib,
xəmir süd aparana qədər yaxşıca yoğurun. Xəmiri 2 saatdan sonra kündələrə bölüb yayın.
Kündələrın qurumaması üçün, üstlərini örtün. Sonra hər kündəni oxlovla diametri 10 cm olan kiçik
dairələrə yayın. Hər dairənin arasına 2 xörək qaşığı iç qoyun və dairəni bükün. Qıraqlarını bərkidib,
incə burursuz. Sonra şəkərburaların üstünü maqqaşla bəzəyin. Şəkərburaları 150 dərəcəlik sobada
təxminən 15 dəqiqə ərzində kənarları bir az qızarana kimi bişirin.