
Açıqlamada qeyd olunur ki, bunun əvəzində «Yeni Azərbaycan» qəzeti alman siyasi fondlarına qarşı ittihamlar irəli sürməklə qeyri-əminlik və təhlükə iqlimi yaradır. Bununla da acıq müzakirə mədəniyyətinə xələl gətirir.
«Azərbaycanda Almaniyanın yaxşı imicini mətbuat orqanları, televiziya və radio vasitəsilə yayımlanan qaba mənfi fikirlər ilə korlamaq cəhdləri azərbaycanlıların intellekti qarşısında acizdir», - deyə aprelin 26-da yayılan məlumatda bildirilir.
Daha sonra həmin açıqlamaya səfir Herbert Quelle'nin martın 15-də yazdığı məqalə əlavə edilib.
Son aylar «Yeni Azərbaycan» qəzeti Almaniyanı dövlət səviyyəsində Azərbaycana qarşı kampaniya aparmaqda təqsirləndirən məqalələr çap edir.
|