Ermənistan «Eurovision 2012»də iştirakdan imtina etdi.
Ermənistan Bakıda keçiriləcək «Eurovision-2012» Mahnı Yarışmasına qatılmayacaq. Bu barədə qərarı Ermənistan İctimai Televiziyası martın 7-də açıqlayıb. «Ermənistan yayımçılarının bu ilki «Eurovision» Musiqi Yarışmasında iştirakdan imtina qərarı bizi həqiqətən də məyus edir», deyə Avropa Yayım Birliyinin yarışmadakı icraçı direktoru Yon Ola Sand bildirib: «Avropa Yayım Birliyi və Azərbaycan İctimai Televiziyası Ermənistan təmsilçilərinin builki yarışmada iştirakında hər hansı problemlə üzləşməyəcəklərinə təminat versələr də, onların bu mənfi qərarı bizim qüvvəmiz xaricində idi». May ayının 22-si və 24-də «Eurovision-2012»nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. 57-ci «Eurovision» mahnı müsabiqəsində 42 ölkə iştirak edəcək.
|