-


















HAQQINI QORUMAQ İSTƏYİRSƏN?
  • Azərbaycan Prezidenti

  • Baş Prokurorluq

  • Daxili İşlər Nazirliyi

  • Dövlət yol polisi

  • Əmək və Əhalinin Sosial    Müdafiəsi Nazirliyi

  • Təhsil Nazirliyi

  • Vergilər Nazirliyi

  • Tələbə Qəbulu üzrə Dövlət    Komissiyası

  • Lənkəran Rayon İcra    Hakimiyyəti


  • STATİSTİKA

    Online: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0


    SORĞU
    Saytı bəyənirsiniz?
    Bütün cavablar: 108


    TƏSADÜFİ FOTO




    TƏQVİM
    «  Mart 2024  »
    BeÇaÇşCaCmŞnBa
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031


    AXTAR


    MƏQALƏLƏRİN ARXİVİ


    TEQLƏR
    copd heykəl binalar qlikemik indeks Park qidalanma heykel qiymə badımcan dolma peyzaj düşbərə qushlar antidepressant piti qar denesi bədən təri fauna lülə kabab kabab qəpik droste Paxlava raffleziya arnoldi yanğın ADSL internet qurban bayramı Sarida ilk qar bayram çərşənbə novruz məzarlıq qəbiristanlıq Sarı prezident Yol qaz Böyürtkən intihar Qar FHN Nar punica Flora asfalt damba ficus bitkilər rhus kombinat


    Cümə, 29.03.2024, 12:15
    Salam Qonaq | RSS
    Əsas səhifə | Qeydiyyat | Giriş




        





    Dünyadan xəbərlər  >  İsmayıllıda saxlananların bir neçə rayonda məhkəməsi keçirilir


    İsmayıllıda saxlananların bir neçə rayonda məhkəməsi keçirilir



    Yanvarın 26-da İsmayıllı hadisələri ilə əlaqədar Şamaxı polisinə aparılan 14 nəfərin məhkəməsi başlanıb. 

    Bu barədə AzadlıqRadiosuna Şamaxı rayon Məhkəməsindən məlumat veriblər.

    Göyçay polisində saxlanılanların da hamısı məhkəməyə göndərilib.

    Göyçay rayon Polis İdarəsində orada neçə nəfərin saxlanması barədə bilgi verməkdən boyun qaçıraraq – «Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edin» – deyiblər.

    «Azadlıq» qəzetinin bölgə müxbiri Elçin İsmayıllı rayonda baş verən hadisələrə görə saxlananların 150 nəfər olduğunu və onların qonşu rayonların polis idarələrinə aparıldığını bildirir. Onun dediyinə görə, ötən gecə  İsmayıllı rayon Məhkəməsi saxlananlardan 40 nəfər haqqında sutkalıq inzibati həbs qərarı verib:

    «Proses qapalı keçirilib. Bildiyim odur ki, AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babayevə 13 sutka verilib. Bundan başqa, İsmayıllı sakini Fərzalı Əliyevə Göyçay rayon Məhkəməsində 3 sutka verilib. Saxlananların çoxu vəkillə təmin olunmayıb. Qalanları Şamaxı, Qəbələ və digər rayonların polis idarələrinə aparılıb».

    İsmayıllı rayon Məhkəməsindən hər hansı məlumat almaq, hələ ki, mümkün olmayıb. 

    Yanvarın 25-də Bakıda – Nəsimi rayon məhkəməsində İsmayıllı hadisələri ilə bağlı saxlananlardan 4 nəfərin də məhkəməsi keçirilib. Proses qapalı aparıldığından tutulan şəxslərin kimliyini və onlara verilən həbs müddətini müəyyənləşdirmək mümkün olmayıb.

    Hüquq-mühafizə orqanları bütövlükdə saxlananların neçə nəfər olması və harada saxlanması barədə məlumat verməyib.






      

    SARA-AZ.UCOZ.COM

    © 2012 - 2024. Bütün hüquqlar qorunur..

    Materialların hər hansı bir istifadəsinə
    yalnız sayta istinadən yol verilir.

    Saytın dizaynı - Designers GROUP


             



    Sayt haqqında

    Sayt haqqında informasiya

    Bizə yaz

    Mobil versiya

    На русском