-


















HAQQINI QORUMAQ İSTƏYİRSƏN?
  • Azərbaycan Prezidenti

  • Baş Prokurorluq

  • Daxili İşlər Nazirliyi

  • Dövlət yol polisi

  • Əmək və Əhalinin Sosial    Müdafiəsi Nazirliyi

  • Təhsil Nazirliyi

  • Vergilər Nazirliyi

  • Tələbə Qəbulu üzrə Dövlət    Komissiyası

  • Lənkəran Rayon İcra    Hakimiyyəti


  • STATİSTİKA

    Online: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0


    SORĞU
    Saytı bəyənirsiniz?
    Bütün cavablar: 108


    TƏSADÜFİ FOTO




    TƏQVİM
    «  Aprel 2024  »
    BeÇaÇşCaCmŞnBa
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930


    AXTAR


    MƏQALƏLƏRİN ARXİVİ


    TEQLƏR
    copd heykəl binalar qlikemik indeks Park qidalanma heykel qiymə badımcan dolma peyzaj düşbərə qushlar antidepressant piti qar denesi bədən təri fauna lülə kabab kabab qəpik droste Paxlava raffleziya arnoldi yanğın ADSL internet qurban bayramı Sarida ilk qar bayram çərşənbə novruz məzarlıq qəbiristanlıq Sarı prezident Yol qaz Böyürtkən intihar Qar FHN Nar punica Flora asfalt damba ficus bitkilər rhus kombinat


    Cümə, 26.04.2024, 00:32
    Salam Qonaq | RSS
    Əsas səhifə | Qeydiyyat | Giriş




        





    Dünyadan xəbərlər  >  Bakı sürücülərinə xəbərdarlıq: pərdə və plyonkalar yığışdırılır


    Bakı sürücülərinə xəbərdarlıq: pərdə və plyonkalar yığışdırılır



    Azərbaycan, Bakı, 6 noyabr

    Bakıda pərdə və plyonkalı avtomobillərin aşkar edilməsi məqsədilə bu gündən reydlərə başlanıllıb.

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, bu ilin 10 ayında paytaxtda 5 mindən çox belə avtomobil aşkarlansa da, onların sahibləri inzibati qaydada məsuliyyətə cəlb olunsa da, bu qayda pozuntusuna yol verənlərin sayı artıb.

    Bu məqsədlə yol polisi paytaxtın Nəsimi, Yasamal, Xətai və Nizami rayonlarında reydlərə başlayıb.

    Günün ikinci yarısında başlayan və hazırda davam edən reydlər zamanı bir neçə avtomobil saxlanılıb.

    Əsədov deyib ki, həmin avtomobillərin ban şüşələrinə çəkilmiş örtüklər sökülür, sürücüləri barəsində inzibati protokol tərtib edilərək cərimələnirlər.

    Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunda sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.

    Bu qanunun tələblərinə əsasən, işıqburaxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

    Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

    Qanunun tələbinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

    Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 155.2.4-cü maddəsinin tələbinə görə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur.

    Milli Məclisin bir neçə gün öncə qəbul etdiyi və hələlik qüvvəyə minməyən qanunla bu cərimənin məbləği 50 manata çatdırılıb.






      

    SARA-AZ.UCOZ.COM

    © 2012 - 2024. Bütün hüquqlar qorunur..

    Materialların hər hansı bir istifadəsinə
    yalnız sayta istinadən yol verilir.

    Saytın dizaynı - Designers GROUP


             



    Sayt haqqında

    Sayt haqqında informasiya

    Bizə yaz

    Mobil versiya

    На русском