-


















HAQQINI QORUMAQ İSTƏYİRSƏN?
  • Azərbaycan Prezidenti

  • Baş Prokurorluq

  • Daxili İşlər Nazirliyi

  • Dövlət yol polisi

  • Əmək və Əhalinin Sosial    Müdafiəsi Nazirliyi

  • Təhsil Nazirliyi

  • Vergilər Nazirliyi

  • Tələbə Qəbulu üzrə Dövlət    Komissiyası

  • Lənkəran Rayon İcra    Hakimiyyəti


  • STATİSTİKA

    Online: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0


    SORĞU
    Saytı bəyənirsiniz?
    Bütün cavablar: 108


    TƏSADÜFİ FOTO




    TƏQVİM
    «  Mart 2024  »
    BeÇaÇşCaCmŞnBa
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031


    AXTAR


    MƏQALƏLƏRİN ARXİVİ


    TEQLƏR
    copd heykəl binalar qlikemik indeks Park qidalanma heykel qiymə badımcan dolma peyzaj düşbərə qushlar antidepressant piti qar denesi bədən təri fauna lülə kabab kabab qəpik droste Paxlava raffleziya arnoldi yanğın ADSL internet qurban bayramı Sarida ilk qar bayram çərşənbə novruz məzarlıq qəbiristanlıq Sarı prezident Yol qaz Böyürtkən intihar Qar FHN Nar punica Flora asfalt damba ficus bitkilər rhus kombinat


    Cümə axşamı, 28.03.2024, 11:56
    Salam Qonaq | RSS
    Əsas səhifə | Qeydiyyat | Giriş




        




    Qəbələ RLS-lə bağlı yeni təklif

    Rusiya Qəbələ RLS-in müqavilə xərcinə stansiyanın ərazisinin azaldılması hesabına qənaət etmək istəyir. Bu ölkənin mediasının yaydığı məlumata görə, məsələ Rusiyanın və Azərbaycanın müdafiə nazirləri – Anatoly Serdyukov'la Səfər Əbiyev arasında müzakirə olunub. 

    MDB müdafiə nazirlərinin Rusiyanın Kalininqrad şəhərində keçirilən toplantısı zamanı Serdyukov həmkarı Əbiyevlə bu məsələni də müzakirə etdiyini deyir. O, bildirib ki, Rusiya Qəbələ RLS-in icarə haqqının azaldılması üçün Azərbaycan tərəfdən stansiyanın yerləşdiyi ərazinin sahəsinin azaldılmasını istəyə bilər. Bununla belə, Serdyukov hələlik danışıqları yekunlaşdırmağın tez olduğunu və qarşıdakı aylarda müzakirələrin yekun detallarının işlənib hazırlanacağını vurğulayıb.

    «BU, EKSPERTLƏR ARASINDA APARILAN DANIŞIQLARDIR»

    XİN-in sözçüsü Elman Abdullayev deyir ki, danışıqlar davam etdiyi üçün hələlik onun detalları barədə konkret bir şey demək mümkün deyil. Amma bütün hallarda Qəbələ RLS-lə bağlı hansı qərar qəbul olunsa, o, Azərbaycanın milli maraqlarına uyğun olacaq:

    «Qəbələ RLS Azərbaycanındır, onun ərazisində yerləşir. Təbii ki, danışıqlar da məhz Azərbaycanın milli maraqlarına əsasən aparılır. Bu, ekspertlər arasında aparılan danışıqlardır və ilin sonunadək müəyyən qərarın verilməsinə çalışacağıq. Azərbaycan dövləti qarşı tərəfin kim olmasından asılı olmayaraq, bütün danışıqları öz xalqının mənafeyinə uyğun şəkildə aparır».

    YAXIN VAXTLARDA RAZILIQ OLACAQ

    Müzakirələr artıq iyul, avqust aylarında başa çatmalı və hansısa anlaşma imzalanmalıdır. Azərbaycanla Rusiya arasında Qəbələ RLS-lə bağlı müqavilənin müddəti bu il dekabrın 24-də başa çatır. Həmin müqavilənin şərtlərində də göstərilib ki, tərəflər müddətin başa çatmasına 6 ay qalmış növbəti müddət haqda razılığa gəlməlidirlər. Bu baxımdan ekspertin fikrincə, artıq tərəflər yaxın vaxtlarda razılığa gələcəklər. Çünki artıq qərarla bağlı gecikmə ehtimalı var.

    Qəbələ RLS-lə bağlı Azərbaycan-Rusiya danışıqları tədricən müsbətə doğru inkişaf edir. Kalininqradda iki ölkənin müdafiə nazirləri - Səfər Əbiyevlə Anatoly Serdyukov arasında bu məsələnin müzakirə edilməsi belə düşünməyə əsas verir. Rusiyanın dövlət rəsmilərindən biri – Sergey Naryshkin bu günlər Bakıda Azərbaycanın siyasi rəhbərliyi ilə danışıqlar aparmalıdır. Ola bilsin ki, yaxın vaxtlarda-iyul, avqust aylarında bu məsələ ilə bağlı tam anlaşma əldə ediləcək.

    AZƏRBAYCAN 300 MİLYON İSTƏYİR

    Rusiya Qəbələ RLS -i əldən buraxmayacaq və çalışacaq ki, onunla bağlı Azərbaycan tərəfi ilə ortaq bir məxrəcə gəlsin.

    2012-ci ilin fevralında «Kommersant» qəzeti məlumat yaymışdı ki, Rusiya müqaviləni 2025-ci ilə qədər uzatmaq istəyir. Lakin Azərbaycan icarə haqqının 7 milyondan 300 milyon dollara qaldırılmasını tələb edir. O vaxt Rusiya Müdafiə Nazirliyindəki mənbə bunun rasional məbləğ olmadığını və həmin vəsaitə yeni bir stansiya tikməyin mümkün olduğunu bildirmişdi.

    May ayında isə Rusiya Müdafiə Nazirliyindən bildirmişdilər ki, danışıqlarda irəliləyiş olmasa, ehtimal ki, Rusiya Qəbələdən gedəcək.

    RUSİYA ƏSLİNDƏ NƏ İSTƏYİR?

    Rusiya tərəfi icarə haqqını yalnız cüzi qaldırmağa çalışır. Bu isə təbii ki, Azərbaycan üçün adekvat deyil.

    Bəlkə də Rusiyanın RLS-ə elə də böyük ehtiyacı yoxdur. Sadəcə, Azərbaycanda öz hərbi mövcudluğunu saxlamaq marağındadır. Qalır bunun Azərbaycanın marağına nə dərəcədə cavab verdiyini aydınlaşdırmaq.

    Bütün hallarda, Qəbələ RLS-in və ya onun ərazisinin Rusiyaya nə dərəcədə lazım olduğunu danışıqların nəticəsi ortaya qoyacaq.    

    Hazırda Rusiya Qəbələ RLS-dən 2002-ci ildə imzalanmış 10 illik icarə müqaviləsi əsasında istifadə edir. Müqavilənin müddəti bu il dekabrın 24-də başa çatır.









      

    SARA-AZ.UCOZ.COM

    © 2012 - 2024. Bütün hüquqlar qorunur..

    Materialların hər hansı bir istifadəsinə
    yalnız sayta istinadən yol verilir.

    Saytın dizaynı - Designers GROUP


             



    Sayt haqqında

    Sayt haqqında informasiya

    Bizə yaz

    Mobil versiya

    На русском