Paxlavanın hazırlanması üçün lazım olan ərzaqlar:
2 kq əla sort un 2 ədəd yumurta sarısı 1 xama 200 qram "Sana” yağı 1 çay qaşığı maya 0,2 qram vanilin 25 qram bal Xəmiri yoğurmaq üçün istənilən qədər süd istifadə olunur.
Paxlavanın içi:
1 kq ləpə (qoz, badam) 1 kq şəkər tozu Döyülmüş hil əlavə olunur.
Hazırlanma qaydası:
Una mayanı, yumurtanın sarısını, yağı, xamanı əlavə edib, xəmir süd aparana qədər yoğurun. 2 saatdan sonra xəmiri kündələrə bölüb yayın. Sonra listin içini yağlayın, xəmiri ora yerləşdirin. Üzərinə iç töküb, hər tərəflərinə yayın. İçliyin üstünə ikinci xəmir qatını yerləşdirib, yenidən iç tökün. Bu prosesi 9-10 qata qədər davam etdirin. Üst hissəsinə 2 yuxa salınmalıdır. Biri nazik, lap üstdəki isə qalın. Hər paxlavanın ortasına bölünmüş badam, qoz ləpəsi, fındıq qoyulur. Üstünə xaş-xaş səpilir. Sonra 180-200 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Hazır olmağa 15 dəqiqə qalmış üstünə şərbət və ya bal tökün. İsti-isti enli bıçaqla hər paxlavanın arası kəsilir ki, şirə içərisinə keçə bilsin. Şirə də yağ kimi hər tərəfə tökülməlidir. Şirənin suyu çəkiləndən sonra paxlava ocaqdan götürülür.
|