Mayın 10-u səhərdən başlayaraq Sarıda asfaltlama işləri gedir. Məktəbə gedən yolun - poçtun binasından məktəbin qapısına qədər olan yolun asfalt örtüyünü yeniləyirlər.
Son bir neçə ildə yol yararsız vəziyyətə düşmüşdü. Həm sürücülər, həm də məktəblilər yolun vəziyyətindən şikayət edirdi.
Düzdür, yolun təmirini hamı birmənalı qarşılamır. Camahatın yarısı yolçəkənlərin işinə sevinərkən, o biri yarısının fikrincə bu küçənin əvəzinə qəsəbənin o biri küçələrini düzəltsəydilər daha yaxşı olardı.
Çünki, burda pis də olsa yol var. Sarının qalan küçələri isə bərbad haldadı. İlin çox vaxtı həmin küçələr keçilməz vəziyyətdə olur.
Yolu təmirinə İcra başçısı Sarıda olarkən qərar verilmişdi. İcra başçısı ilə görüşdə hamı şikayətlənirdi ki, məktəbimizin yolu pis gündədi. Başçı da buna cavab olaraq göstəriş verdi ki, yol düzəldilsin. İndi də heyfislənirlər ki, gərəy bu küçəni yox, o birisini deyəydik. Kim bilir, bir də başçı Sarıya nə vaxt gələcəy.
|