Bütün sarılıları Çərşənbə axşamı bayramı münasibətilə təbrik edirik və xoş arzularımızı bildiririk.
Bu gün, bütün azərbaycanda olduğu kimi Sarıda da hamı Çərşənbə axşamını qeyd edir.
Küçələrdə tonqallar qalanır, evlərdə səmənilər cücərdilir, şamlar yandırılır.
Böyüklü-kiçikli, kişili-qadınlı hamı yanan tonqalın üstündən tullanaraq öz ağrı və çətinliklərimizi oda ötürüb yeni bir ilin öncəsi təmizlənirik.
Hələ qədim zamanlardan azərbaycanlılar Çərşənbə axşamını çox geniş qeyd ediblər. Bəzi reqionlarda Çərşənbə axşamı Novruzdan da güclü küçirilir.
|