2012-ci il Sarı üçün heç də yaxşı başlamadı. Kombinat bütöv işləməsə də, heç olmasa bir sexi işləyirdi. Kanal palçıqla dolsa da, gəmilər kanaldan keçe bilməsələr də, həmin sexdə 43 qadın işləyirdi, ailələrini bir-təhər saxlayırdı. Balığı Rusiyadan gətirib sexdə hisə verirdilər. Yerli camaat da istəyəndə gedib ala bilirdi, qalanlarını da aparıb Bakıda satırdılar. İndi bunların heç biri yoxdur. Nə balıq var, nə də işləyən. Lələ köçüb, yurdu qalıb məsəli elə bil Sarı üçün yaranıbmış. İşçilərin yarısının maaşları da qaldı. Düzdür, müdüriyet and içir ki, maaşları verəcəy. Ancaq yazıq işçilər buna inana bilmirlər, indiyə kimi o qədər yalan vəədlər eşidiblər ki, artıq heç bir sözə inana bilmirlər. İş ondadır ki, dərdlərini bir yerə deyə də bilmirlər. Kasıbkı gətirməyəndə hərtərəfli gətirmir. İki-üç gündür qar yağandan odun da bahalaşıb, 14 manata olub.
My Great Web page Нравится
|