Bu gün Azərbaycan xalqı öz ən qədim və ən böyük bayramını - NOVRUZ BAYRAMINI qeyd edir.
Novruzun kökləri lap qədim vaxtlara, alimlərin fikrincə eramızdan öncə 3700-5000 illərə gedib çıxır. İlk yazılı abidələrdə isə eramızdan öncə 505 ci il göstərilir.
Novruz bayramı qədim adət və ənənələrlə zəngindir. Bunların içərisində su və odla bağlı adətlər geniş yer tutur.
Adətə görə Novruzun ilk günü hamı öz evində olub, səhər tezdən oyanmalıdır. Uşaqlara hədiyyələr verilir, hamı təzə paltar geyir. Bayram süfrəsi bəzədilir, bir-birlərini şirniyatlara qonq edirlər, yumurta döyüşürlər, üzərlik yandırırlar. Bayramın birinci günü bütün qohum-qonşular bir-birlərinin evinə gedib bayramlarını təbrik edirlər.
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
|