Dünən gecə yarısından Sarıda başlayan qar hələ də davam edir.
Artıq səhər saatlarında qarın hündürlüyü yarım metrəni keçmişdi.
Qarın çox olmasına görə məktəbdə dərslər təxirə salınıb, gündüz böyük fasilələrlə verilən işıq axşam qaydasına düşüb.
Qarın çoxluğu ən böyük ziyanı isə nəqliyyat vasitələrinə vurub. Bu gün nə taksilərimiz, nə də Lənkərana gedən avtobuslarımız işləyə bilib.
Sinoptiklərin verdiyi xəbərə görə qarlı hava bir-neçə gün davam edəcək.
|