Əsas faktlar*Tuberkulez (vərəm) HİV/AİDS-dən sonra ikinci ölümə aparıcı səbəbdir. *2010-cu ildə dünyada 8,8 million insan vərəmlə xəstələnib və 1,4 million insan bu xəstəlikdən ölüb. *Tubrkulezdan ölənlərin 95%-i orta və aşağı gəlirli insanlardır, və bu xəstəlik 15-dən 44-ə qədər yaş arasındakı qadınların əsas üç ölüm səbəblərindən biridir. *2009-cu ildə 10 milliona yaxın uşaq valideynlərinin vərəmdən öldüklərinə görə yütim qalıblar. *HİV-li insanların dörddə biri bu xəstəlikdən ölür. *İldən ilə tuberkulezla xəstələnənlərin sayı azalır, bu da onu deməyə əsas verir ki, bəşəriyyət qarşısına qoyduğu məqsədə - 2015-ci ildə vərəmin yayılmasının durdurulmasına doğru irəliləyir. *1990-2010 illəri arasında tuberkulezdan ölümlərin sayı 40% azalıb.
Vərəmə yoluxmanın səbəbi əsasən ağ ciyərə təsir edən Mycobacterium tuberculosis bakteriyalarıdır. Vərəm əlaclı və qarşısı alına bilən xəstəlikdir.
Vərəm bir şəxsdən başqasına hava vasitəsilə yayılır. Ösgürmədə və ya asqırmada aktiv vərəmli xəstələrdən bakteriyalar yayılır.
Dünya əhalisinin üçdə birində latent tuberkulez var. Bu da o deməkdir ki, bu adamlar bakteriyaya yoluxub, amma (hələki) xəstələnməyiblər və bakteriyaları yaymırlar.
Vərəm bakteriyalarına yoluxanların 10%-inin xəstələnmə riski var. İmunitetləri zəifləyənlərin, lazımınca qidalana bilməyənlərin, HİV-lilərin, siqaret çəkənlərin xəstələnmə ehtimalı daha çoxdur.
Adamda aktiv vərəm inkişaf edərkən onun simptomları (öskürək, hərarət, gecə tərləmələri, şəkisinin azalması) bir neçə ay mülayim keçə bilər. Bu da həkimə müraciəti gecikdirir və başqa adamları yoluxdurma şansını artırır. İl ərzində aktiv vərəmli xəstə 10-15 insanı yoluxdura bilər.
Ən çox riskə məruz qalanlar. Xəstələnmə və ölümlərin 95 %-i inkişaf edən ölkələrdə baş verir. Siqaret çəkmək xəstələnmə riskini daha da artırır. Dünyada xəstələnmələrin 20%-i siqaretçəkmə ilə bağlıdır. İmmun sistemini zəiflədən başqa xəstəlikləri olan adamların da xəstələnmə ehtimalı çox yüksəkdir.
Tuberkulezun qlobal yayılması. Vərəm bütün dünyada müşahidə olunur. 2010-cu ildə bütün xəstələnmələrin 60%-i Asiyada baş verib. Amma yeni xəstələnənlərin əhaliyə nisbəti Afrikada müşahidə olunub - 100 000 əhaliyə qarşı 270 xəstə.
Simptomlar və diaqnozlaşdırma. Ağciyərlərin vərəmi uzunmüddətli öskürək, subfebril(bəzən daha çox) temperatur, bəlğəm, bəzən qan hayxırma, döş qəfəsində ağrı və s. əlamətlərlə gedir. Bundan başqa əsəbilik, gecə tərləmələri, arıqlama, arterial təzyiqin enməsi, böyrəküstü vəzlərin fəaliyyətinin zəifləməsı kimi ümumi simptomlar xəstəni narahat edir.
Miliar vərəmdə proses kəskin olub yüksək temperaturla gedir və bu zaman oskürək, bəlğəm kimi əlamətlər olmaya da bilər, intoksikasiya əlamətləri, tifəbənzər əlamətlər üstünlük təşkil edir. Vərəmin gec, ağırlaşmiş mərhələlərində ürək, qan-damar sistemi, tənəffüs çatışmazlığı əlamətləri meydana çıxır. Xəstənin nəbzi tezləşır(taxikardiya), təngənəfəslik, periferik sianoz(dodaqların, barmaqların göyərməsi), tənəffüs prosesinə köməkçi əzələlərin qoşulması kimil əlamətlər əmələ gəlir. Ağciyər vərəminin bəzi formaları əlamətsiz keçə bilər(ocaqlı vərəm, tuberkulema).
Diaqnoz: Vərəmin diaqnozunu qoymaq üçün minimal 3 diaqnostik üsul tətbiq olunur: -Ağciyərlərin rentgenoqramması( və ya flüoroqrafiya), -Mantu sınağı, -Bəlğəmin mikroskopik müayinəsi.
Bundan sonra lazım gələrsə əlavə diaqnostik üsullar da tətbiq oluna bilər. Uşaqlarda və yeniyetmələrdə ilk dəfə Mantu sınağı "+" nəticə verirsə bu "viraj" adlanır və ilkin yoluxmanı göstərir. Yoluxmadan 2 ay sonra viraj aşkar oluna bilər.
Müalicəsi: Vərəm sağalan xəstəlikdir. Yalnız gecikmiş mərhələlərdə bu mümkün olmaya bilər. Vərəmin müalicəsi uzun çəkir. Qanuna əsasən Azərbaycan Respublikasında vərəmin müalicəsi pulsuzdur. Pəhriz təyin edilir. Belə ki, xəstə yaxşı qidalanmalı, gün ərzində bütün lazım olan qida maddələrini və kalorini qəbul etməlidir. Qidada zülallar, vitaminlər,mineral maddələr, yağlar miqdarında gündəlik tələbatı ödəməlidir. Ağartılar, yumurta, balıq əti, meyvə-tərəvəz və s. qida növləri yeməkdə üstünlük təşkil etməlidir. Konservativ müalicəyə kimyəvi preparatlar, lazım gələrsə hormonal, desensibilizə edici preparatlar, vitaminlər, sanator-kurort müalicəsi, pəhriz daxildir. Konservativ müalicə nəticə verməzsə cərrahi müalicə aparıla bilər.
Azərbaycan Respublikası üzrə vərəmli xəstələrin sayına görə Lənkəran rayonlar arasında irəlidə gedənlərdəndir. Nərimanabad qəsəbəsi isə öz növbəsində, rayonun qabqcıllarındandır. Bunun da əsas səbəbləri - nəmişlik, qəsəbədə qazın olmaması, əhalinin kasıb yaşaması, keyfiyyətsiz qidalanma, profilaktik tədbirlərin olmaması və dispanserimizin işinin aşağı səviyyədə olması.
Sağlam şəxslərin ildə 1 dəfə profilaktik müayinədən keçmələri vərəmlə mübarizədə vacib amildir.
|