Bəzən elə olur ki, əhval-ruhiyə pozulur, adam heç bir-şey etmək istəmir, yorğana bürünüb uzanmaq, fikrə dalmaq istəyirsən. Belə hallarda ən adi ərzaq məhsulları yardıma gələ bilər. Həkim-diyetoloqların tövsiyə etdikləri ərzaqlar bizi depressiyadan xilas edib əhvalımızı yaxşılaşdıra bilər.
Təbii antidepressant məhsullar arasında birinci yeri tərkibində serotonin olan şokolad tutur. Qara şokoladın başqa plyusları da var - bədənin fiqurasını pozmur, südlü və ağ şokoladlarla müqayisədə daha çox xeyirli elementlərə sahibdir. Şokoladın ardınca banan ikinci yeri tutur, onun da tərkibində çoxlu miqdarda serotanin və B6 vitamini vardır ki, o da əsəb sisteminə müsbət təsir göstərir. Üçüncü pozisiyada pendir yerləşir. Pendirin tərkibindəki maddələr orqanizmdə serotonin qormonunu sintez edir. Əsasən də rokfor pendiri daha çox seçilir. Qızıl balıqdakı omeqa-3 turşuları stress və həyəcan qormonlarını azaldır ki, əhvalımız yaxşılaşır. Beşinci yeri isə tərkibindəki B2 vitamini ilə badam tutur.